Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?
Əsən rüzgarın da yoxdur vəfası
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası
Saçları pərişan olur, neyləyim?
Bəlkə tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən-
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır neyləyim


LinkBack URL
About LinkBacks





Reply With Quote


