taleyimə sən bax
düşüncələrim yasax
duyğularım yasax
geçmişimdən söz açmağım yasax
ata babamın adın çəkməyim yasax
anamdan ad aparmağım yasax
yasaaaaaaaaaaxyasax !
bilirsən ?
bilirsəəəəəən ?
anadan doğulandan belə , özüm bilməyə bilməyə
dil açıp danışdığım dildə
dil açıp danışdığım dildəəəəəə
danışmağım yasaximiş yasax yasaaaaax yasax
dil açıp danışdığım dildə danışmağım yasaximiş yasax yasax
qargış zəmanənin qanunlarına
qargış , qargış yürəkləri ayıranlara
qargış insanları qəfəsə salıp bəşər huququndan dəm vuranlara
kimə deməliyik dərdimizi biz ?
dərt bilən kimdir? söz anlayan kimdir ?
əsir bir millətə məhküm bir elə
qayqı çəkən kimdir ağlayan kimdir ?
milli azdalıxlar əsri olsada , hər yerdə hər yanda adı bu əsrin nə etməx dünyani buğda tutsada kəkliyin ruzusu çıngıldır həmin
kurə + viyetnam + alman bölündi ancaq, dünya büldi belə bölünmələr var söz gəlip çatanda AZƏRBAYCANA bir məsəl var farsda ingar nə ingar
bu şərəf ,bu şökət ,bu şöhrət ,bu şan ,huraaa doğrudan da bizə aaar olsun
həyatın bir amansız qanunu var tə'əsübzüz millət gərək xar olsun
milli tə'əsüb dan söz saldım olsun
əslini itirən haram zadadır
mərd oğul vətənin hakkın itirməz
vətən insana ən böyük anadır
dilimi dalımdan çıxarsalar da goy qardaş dərdimi deyim bari bil
güneydə guzeyə şərqidən ğərbə hançı xalqi gördün bizim tək zəlil ?
ey doğma yurdumun namuslu oğlu ağlama gözünün yaşına qurban
gəldiyin o doğma əziz diyarın onun toprağına daşına qurban
gərək gözlərindən göz örtə bir kəs qarqa yuvasına yanaşa əgər
niyə vətənimi sevməyim niyə ?
mən bir qarqadan əsgiyəm məgər ?
goyun məhküm olum millətçiliyə
dünyada millətin sevməyən kimdir ?
dilin elin yurdun talan etsələr aciyip başına döyməyən kimdir ?
mən demirəm üstün nijaddanam mən
mən demirəm elim ellərdən başdi
mənim məsləkimdə mənim yolumda millətdər hammısi dostur qardaşdır
ancaq bir sözüm var !
məndə insanam dilim var xalqım var yurdum yuvam var
yerdən çıxmamışam göbələk kimin
adamam haqqım var elim obam var


LinkBack URL
About LinkBacks




Reply With Quote



