Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 10`ə(a/ya/yə) qədər. Cəmi 10.

Mövzu: Ana dili

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,095

    Level: 38 
    Təcrübə: 1,443,894
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 4,000 Times in 1,057 Posts

    oxu Ana dili

    Ana dili

    Dil açanda ilk dəfə , " ANA " söyləyirik biz ,
    " Ana dili " adlanır bizim ilk dərsliyimiz .
    İlk mahnımız laylanı anamız öz südüylə
    İçirir ruhumuza bu dildə gilə - gilə .

    Bu dil - bizim ruhumuz , eşqimiz , canımızdır ,
    Bu dil - bir - birimizlə əhdi peymanımızdır .
    Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi ,
    Bu dil - əcdadımızın bizə miras verdiyi
    Qiymətli xəzinədir ... onu gözlərimiz tək
    Qoruyub , nəsillərə biz də hədiyyə verək .

    Bizim uca dağların sonsuz əzəmətindən ,
    Yatağına sığmayan çayların hiddətindən ,
    Bu torpaqdan , bu yerdən ,
    Elin bağrından qopan yanıqlı nəğmələrdən ,
    Güllərin rənglərindən , çiçəklərin iyindən ,
    Mil düzünün , Muğanın sonsuz genişliyindən ,
    Ağsaçlı babaların ,əqlindən , kamalından
    Düşmən üstünə cuman o Qıratın nalından
    Qopan səsdən yarandın .
    Sən xalqımın aldığı ilk nəfəsdən yarandın .

    Ana dilim , səndədir xalqın əqli , hikməti ,
    Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış .
    Ürəklərə yol tapan Fizulinin sənəti ,
    Ey dilim , qüdrətinlə dünyalara yol açmış .
    Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
    Tarixi varaqlanır ,
    Səndə neçə min illik mənim mədəniyyətim ,
    Şan - şöhrətim saxlanır .
    Mənim adım - sanımsan ,
    Namusum , vicdanımsan !

    Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi ,
    Bu dil - əcdadımızın bizə qoyub getdiyi
    Ən qiymətli mirasdır , onu gözlərimiztək
    Qoruyub nəsillərə biz də hədiyyə verək !
    Ey öz doğma dilində danışmağı ar bilən ,
    fasonlu ədəbazlar ,
    Qəlbinizi oxşamır qoşmalar , telli sazlar .
    Bunlar qoy mənim olsun ,
    Ancaq Vətən çörəyi sizlərə qənim olsun .


    Bəxtiyar Vahabzadə




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Wednesday 4 November 2009-1), memmed (Wednesday 4 November 2009-1), tarkan (Tuesday 10 November 2009-1), time trial (Wednesday 4 November 2009-1), yurd sevan (Wednesday 4 November 2009-1)

  3. #2
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    214

    Level: 29 
    Təcrübə: 201,680
    Next Level: 242,754

    Thanks
    4,506
    Thanked 795 Times in 191 Posts

    Əsas seçim

    Ey öz doğma dilində danışmağı ar bilən ,
    fasonlu ədəbazlar ,
    Qəlbinizi oxşamır qoşmalar , telli sazlar .
    Bunlar qoy mənim olsun ,
    Ancaq Vətən çörəyi sizlərə qənim olsun



    Bəxtiyar Vahabzadə
    Çox gözəl

    nə çox imiş bu torpağa göz dikən
    baxa baxa gözümüzə mil çəkən
    düşmənimiz dostumuzdan çox ikən
    türkün türklə ədavətə haqqı yox

  4. The Following 4 Users Say Thank You to memmed For This Useful Post:

    azarbayjan (Tuesday 10 November 2009-1), tarkan (Friday 6 November 2009-1), time trial (Thursday 5 November 2009-1), yurd sevan (Thursday 5 November 2009-1)

  5. #3
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    214

    Level: 29 
    Təcrübə: 201,680
    Next Level: 242,754

    Thanks
    4,506
    Thanked 795 Times in 191 Posts

    Əsas seçim

    fason nə deməkdir?

  6. memmed Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    time trial (Thursday 5 November 2009-1)

  7. #4
    Türkcə yazın yurd sevan's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    2,123

    Level: 43 
    Təcrübə: 3,183,150
    Next Level: 3,609,430

    Thanks
    15,945
    Thanked 5,835 Times in 1,735 Posts

    Əsas seçim

    Məncə
    fason=fashion olur amma fasonlu mənası zərıf olur.
    yaxşı bilən dostumuz cavab versin

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Saytin bütün konuların-dan istifadə etmak ücün sayta üzv olun

    Azerbaycanın Ilk Türkce Güney forumu

    اولین تالارگفتمان (انجمن - فروم) آذربایجان

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Mən bu elin gur-yananı,sönürəm
    Mavı dəniz,indi qıra dönürəm
    Ölən,Elin nışanıdır,ay haray!
    Mən ölmədə,kalavadır köy-saray

    ------------------------------------------------

    Haq sel kimi dəryayə axıb yol tapacaqdı
    daş atmağınan kimsə onu çöndərə bilməz
    dünyada qaranlıqlar əgər birləşə bahəm
    bir xırdaca şamın ışığın söndürə bilməz

    --------------------------------------------------

    توجه: ارسال نوشته های فا...ر...سی به علت ف.ی.ل..ت..ر.ین.گ در کلیه انجمن ها ممنوع میباشد

    به غیر از انجمن تراکتورسازی آن هم به شرط ذکر منبع

    لطفا همکاری نمائید


  8. The Following 4 Users Say Thank You to yurd sevan For This Useful Post:

    azarbayjan (Tuesday 10 November 2009-1), memmed (Thursday 5 November 2009-1), tarkan (Thursday 5 November 2009-1), time trial (Thursday 5 November 2009-1)

  9. #5
    Tarix və Hünər konularin ərşəd müduru tarkan's Avatar
    Qeydiyyat
    Jun 2008
    İsmarıclar
    1,552

    Level: 41 
    Təcrübə: 2,229,619
    Next Level: 2,530,022

    Thanks
    3,696
    Thanked 4,450 Times in 1,385 Posts

    Əsas seçim

    fason tailor. cut, make.
    fason terzilik * cut, make.
    fason way, style, manner

    məncə qırtı pozlu zərifdə olabilər(fərhadin dediğiki kimi)

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ][Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]


  10. The Following 4 Users Say Thank You to tarkan For This Useful Post:

    azarbayjan (Tuesday 10 November 2009-1), memmed (Thursday 5 November 2009-1), time trial (Thursday 5 November 2009-1), yurd sevan (Thursday 5 November 2009-1)

  11. #6
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,095

    Level: 38 
    Təcrübə: 1,443,894
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 4,000 Times in 1,057 Posts

    Post

    Sitat memmed tərəfindən İsmarıcı oxu
    fason nə deməkdir?
    fason- fashion mənası da dəb deməkdir.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  12. The Following 3 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Tuesday 10 November 2009-1), memmed (Saturday 7 November 2009-1), yurd sevan (Saturday 7 November 2009-1)

  13. #7
    Tarix və Hünər konularin ərşəd müduru tarkan's Avatar
    Qeydiyyat
    Jun 2008
    İsmarıclar
    1,552

    Level: 41 
    Təcrübə: 2,229,619
    Next Level: 2,530,022

    Thanks
    3,696
    Thanked 4,450 Times in 1,385 Posts

    Question

    Sitat Azeri_kizi tərəfindən İsmarıcı oxu
    fason- fashion mənası da dəb deməkdir.
    dəb?
    mən fikr eləyirdim dəb həmən adət(رسم)deməkdir.
    örnək=biz deyərik bizimm dəbimiz budur.
    bəlkədə mən yanılıram.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ][Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]


  14. The Following 3 Users Say Thank You to tarkan For This Useful Post:

    azarbayjan (Tuesday 10 November 2009-1), memmed (Saturday 7 November 2009-1), yurd sevan (Sunday 8 November 2009-1)

  15. #8
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,095

    Level: 38 
    Təcrübə: 1,443,894
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 4,000 Times in 1,057 Posts

    Post

    Sitat tarkan tərəfindən İsmarıcı oxu
    dəb?
    mən fikr eləyirdim dəb həmən adət(رسم)deməkdir.
    örnək=biz deyərik bizimm dəbimiz budur.
    bəlkədə mən yanılıram.
    dəb adət demək deyil, dəb moda deməkdir.Qızlar bunu daha yaxşı bilirlər.Məsələn bu il dəbdə çəhrayı rənglərdir.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  16. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Monday 9 November 2009-1), yurd sevan (Sunday 8 November 2009-1)

  17. #9
    Tarix və Hünər konularin ərşəd müduru tarkan's Avatar
    Qeydiyyat
    Jun 2008
    İsmarıclar
    1,552

    Level: 41 
    Təcrübə: 2,229,619
    Next Level: 2,530,022

    Thanks
    3,696
    Thanked 4,450 Times in 1,385 Posts

    Əsas seçim

    məndə çox araşdırdım.düzdü gördümki quzeydə dəb yanı moda_fosun
    ancaq mən çox soruşdum tanışlarımdan hamısı dediki dəb yanı adət (رسم)
    hətta indidə bir kitab önümdə açıqdıkı yazıb
    dəb=adət (رسم)
    bu kitabin adı =(türk dili dərs ocağı)تورک دیلی درس اوجاغی
    yazar=ابراهیم رفرف(ibrahim rəfrəf)
    çap olunmuş=1999 tehran(مرغ آمین نشریاتی)

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ][Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]


  18. The Following 3 Users Say Thank You to tarkan For This Useful Post:

    Azerbaycan_Qizi (Monday 9 November 2009-1), memmed (Monday 9 November 2009-1), yurd sevan (Monday 9 November 2009-1)

  19. #10
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    214

    Level: 29 
    Təcrübə: 201,680
    Next Level: 242,754

    Thanks
    4,506
    Thanked 795 Times in 191 Posts

    Əsas seçim

    Tarkan; Azəri Kizi: Məncə hər ikiniz düz deyirsiz. Əslində bir kəlimənin bir birinə yaxin nəçə mənası olabilər. Adət; Moda(Bizlərdə:Mod);Dəb; Rəsm. Bunlar hamısı bir birinə yaxın məna daşıyır. məsəla:
    Bu il çehrayı rəng dəb düşüb.
    Bu il çehrayı rəng mod düşüb.
    Bu il çehrayı rəng rəsm olub.
    Bu il çehrayı rəngli paltar geymək hamiya adət olub.
    Bütün bəhslərdən belə başa düşürəmki fason yaxud fashion dostların dediyi mənaların hamısını daşıya bilər. Ama bu şeirdə Tarkan beyin verdiyi qırtı pozlu məna uyğun gəlir. Şair özüdə ƏDƏBAZ dəmək istəyirmiş: Fasonlu ədəbazlar.

  20. The Following 3 Users Say Thank You to memmed For This Useful Post:

    Azerbaycan_Qizi (Tuesday 10 November 2009-1), tarkan (Tuesday 10 November 2009-1), yurd sevan (Tuesday 10 November 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

ana diline aid serler

ana diline aid seirler

Azerbaycan diline aid seirazerbaycan diline aid seirlerana dili seiriana diline aid seirazerbaycan dılıne aıd seırlerDILE AID SEIRLERana dili seirf
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts