![]()
İran adlanan yerdə aylardan bəri ən zorakı anti-hökumət nümayişləri baş verib. Polisin verdiyi məlumata görə, 5 adam ölüb, 300 dən artıq insan həbsə alınıb. [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] –un yerli və xarici kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, nümayişlər gecə boyunca davam edib. “İRNA” məlumat verir ki, polis qurbanların şübhəli şəraitdə öldüyünü bildirib.
Belə ki, Tehran polisinin rəisi Əhməd Rza Radan kütləvi aksiyalar zamanı polisin adam öldürmədiyini iddia edib. O deyib ki, aksiya iştirakçılarından biri körpüdən yıxılaraq ölüb, daha iki nəfər yol qəzası nəticəsində vəfat edib. Polis şefi ancaq 1 nəfərin odlu silahdan açılan atəş nəticəsində öldüyünü təsdiqləyib. Eyni zamanda o, polisin atəş açmadığını bildirərək, aksiya iştirakçısının odlu silahdan açılan atəş nəticəsində ölməsinin onun üçün qaranlıq qaldığını vurğulayıb. Faktla bağlı araşdırmalara başlanılıb. “İLNA” agentliyinin yaydığı məlumata görə isə Tehranın polis rəisi Əzizullah Rəcəbzadə yaralanıb Məlumata əsasən, Rəcəbzadə mitinq iştirakçılarına sakitləşmələri üçün müraciət edib və elə həmin an ona bərk əşya tullayıblar. Nəticədə o və bir neçə polis yaralanıb. Ölkə müxalifəti bəyanlayıb ki, nümayişçilərlə polis arasında baş verən toqquşma zamanı 8 aksiya iştirakçısı güllələnib. Müxalifət saytlarının yaydığı məlumata görə, 4 nümayiş iştirakçısı Tehranda, 4-ü isə Təbrizdə həlak olub. Artıq dövlət televiziyası da ölənlərin sayının 8-ə çatdığını açıqlayıb. Bəzi müxalifət saytları isə xəbər verirlər ki, Tehranda müxalifət üzvləri və polis arasında toqquşmalar zamanı 15 nəfər öldürülüb. Onlardan yalnız 5-nin adı bilinir - Seyidəli Musəvi, Mehdi Fərhadiniya, Məhəmmədəli Rasexiniya, Əmir Ərşədi, Şəhram Fərəci. Bir neçə aksiyaçının polis avtomobillərinin altında qalıb öldüyü, onlarla şəxsin ağır bədən xəsarəti alaraq bilinməz istiqamətə aparıldığı bildirilir. Təbrizdə keçirilmiş Aşura günü aksiyasında da İran adlanan yerin dini rəhbəri, ayətullah Əli Xamneyiyə qarşı şüarlar səsləndirən hakimiyyət müxaliflərilə silahlı polis qüvvələri arasında şiddətli qarşıdurmalar yaranıb. Saman meydanında, Bazar ağzında, Əmir bazarında, Rasta küçədə, Zəfəraniyyə məntəqəsində və daha bir neçə məhəllədə baş verən atışmalarda ən azı 4 nəfər həlak olub, onlarla şəxs isə ağır yaralanıb. Dekabrın 20-də vəfat etmiş ayətullah Hüseynəli Müntəzirinin doğulduğu Nəcəfabad şəhərində isə aksiyaçılarla hökumət qüvvələri arasındakı qarşıdurmalarda ən azı 2 nəfərin qətlə yetirildiyi vurğulanır. Aşura günü aksiyalarında ən azı 500 nəfər tutulub. Ölənlərin arasında İran adlanan yerin müxalifətinin liderlərindən olan sabiq baş nazir Mirhüseyn Musəvinin bacısı oğlu Seyidəli Musəvi də var. Parlemannews” saytı xəbər verir ki, o, dekabrın 27-si günortadan sonra paytaxt Tehranın mərkəzindəki nümayişlərdə ürəyindən güllə yarası alıb. Belə ki, yüksək sürətlə hərəkət edən bir polis avtomobili bir neçə aksiyaçını basaraq avtomobillə vurub. Daha sonra avtomobildəki beş silahlı polisdən biri yaxın məsafədən Seyidəli Musəviyə atəş açıb. Ürəyindən güllə yarası alan Seyidəli Musəvi yerindəcə həlak olub. Mirhüseyn Musəvinin müşaviri də onun ölüm xəbərini təsdiqləyib. Ancaq Seyidəli Musəvinin meyiti Tehranın İbn Sina xəstəxanasından yoxa çıxıb. Meyit naməlum istiqamətə aparılıb. Belə ki, kimliyi bəlli olmayan məmurlar dekabrın 27-si axşam İbn Sina xəstəxanasına gələrək, Seyidəli Musəvinin meyitini özlərilə aparıblar. Eyni zamanda təhlükəsizlik qüvvələrindən Musəvi ailəsinə xəbərdarlıq edilib ki, dekabrın 28-də dəfn mərasimi keçirilməyəcək. Bəzi hüquq müdafiəçiləri Seyidəli Musəvinin əvvəllər dəfələrlə ölümlə təhdid edildiyini vurğulayaraq, onun planlı şəkildə qətlə yetirildiyini bildirirlər. Müxalifətin nəzarətində olan internet-saytlarında toqquşmaların həvəskar videosu da qoyulub. Youtube saytında yayımlanmış videoda nümayişlərin gərgin olduğu görünür. Təhülkəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə edib. Şəhərin üzərində tüstü müşahidə edilib. Amma bəzi yerlərdə onlar nəzarəti itiriblər və küçələrə nəzarəti bir neçə saat əldən verməli olublar. Bir neçə polis motosikli və avtomobili yandırılıb. Bir ərazidə hətta nümayişçilər polis məntəqəsini yandırıblar. Eyni zamanda paytaxt ərazisində zibil konteynerlərinə od vurulub, Tehranda həyat iflic vəziyyətindədir. Müxalifətçilərin barrikadalar qurduğu bildirilir. Şahidlər deyir ki, polis birbaşa izdihama atəş açıb. Məlumatlara görə, Paytaxt Tehranın mərkəzi İnqilab meydanında təhlükəsizlik qüvvələrilə mitinqşçilər arasında daha kəskin qarşıdurma yaranıb. Tehrandakı insan haqları fəallarından biri başından dəyənəklə vurulmuş azı dörd adamın öldüyünü gördüyünü bildirib. Şahidlərdən biri gördüklərini bu cür təsvir edir: “Hazırda mən Bozorgmehr və Vəli Əsr küçələrinin kəsişdiyi yerdəyəm. Burada çox böyük sayda adam toplaşıb. Motosikletdə olan təhlükəsizlik qüvvələri kütləyə hücum edir. Mən onlardan 100-150 nəfərini görə bilirəm. Adamlar bir neçə zibil qutusuna od vurublar. Onlar İslam Respublikasının lideri və diktatura əleyhinə şüarlar səsləndirirlər”. Məlumatlara görə İran adlanan yerin başqa şəhərlərində - İsfahanda, ayətullah Müntəzirinin doğulduğu Nəcəfabadda, Şiraz və Qumda da etiraz aksiyalarının keçirilməsinə dair xəbərlər var.
Bu arada İran adlanan yerdəki mövcud hökuməti dekabrın 28-də İbrahim Yəzdini həbs edib. Vaxtilə xarici işlər naziri postunu tutan Yəzdi son zamanlar qadağan edilmiş “Azadlıq uğrunda hərəkat” müxalifət partiyasına başçılıq edirmiş. KİV-in məlumatına görə, Yəzdi evində həbs olunaraq naməlum istiqamətdə aparılıb. Bəzi məlumatlara görə, o, hələ dekabrın 21-də xüsusi xidmət orqanlarına çağırılsa da getməyib. Bundan əlavə, İran adlanan yerin Qum dini-elmi seminariyasının araşdırmalar və müəllimlər assosiasiyasının rəhbəri Hüseyn Musəvi Təbrizi və bir neçə assosiasiya üzvü ötən gecə Qum şəhərində həbs olunub. Hökumətə yaxın bornanews xəbər saytının verdiyi məlumatda bildirilir ki, islahatçılar düşərgəsinə yaxın olan həmin assosiasiyanın üzvləri Qum şəhərində İran adlanan yerin ali dini lideri, ayətullah Əli Xamneyinin ofisinin qarşısında mitinq keçirmək niyyətində olublar və buna görə də həbs ediliblər. İran adlanan yerin müxalifətə yaxın bəzi KİV-lərinin məlumatına əsasən, siyasi məhbuslar müdafiə komitəsinin sabiq rəhbəri İmadəddin Baqi də həbs olunub. Baqinin həyat yoldaşı onun tutulduğunu təsdiqləyib və hazırda onun harada saxlanıldığı barədə məlumatı olmadığını bildirib.
İran adlanan yerin müxalifət lideri Mehdi Kərrubi tərəfdarları ilə polis arasındakı qarşıdurmada nümayişçilərin öldürülməsini pisləyib. Müxalifyönlü internet saytındakı bəyanatında o, hökumətin günahsız insanların qanını Aşura günündə tökməsini xüsusi qeyd edib.
Ağ Ev isə nümayişlərin dağıdılmasını "mülki şəxslərin öz universal hüquqlarından istifadəsinə zorakı və ədalətsiz təzyiq" adlandırıb.
Fransanın xarici işlər naziri Bernard Kuşner də BBC-nin “THE WORLD TODAY” proqramına müsahibəsində nümayişçilərə qarşı zorakılığı pisləyib: “Biz küçələrdəki insanların daha artıq azadlıq, demokratiya və ifadə azadlığı istədiyini yada salırıq. Polis qüvvələrinin repressiyası qəbuledilməzdir. Biz hazırkı hadisəyə siyasi həll yolu tapılmasına çağırırıq”. O, Avropa Birliyinin İran adlanan yerdəki hadisələrə daha sərt reaksiya verə biləcyinin mümkünlüynə də işarə vurub.
İran adlanan yerin parlamentinin Rəyasət Heyətinin üzvü Hüseyn Sübhani Niya bildirib ki, Aşura günü Tehranda baş verən hadisələr gələn həftə parlamentin milli təhlükəsizlik komissiyasında araşdırılacaq: "Aşura günü dini dəyərlərə hörmətsizlik olunub. Bu fitnəkarlar hərəkatının (müxalifətin) sonuncu addımı deyil və məhkəmə sisteminin səhlənkarlığı ucbatından bu hərəkat getdikcə daha da pis addımlar atacaq". O deyib ki, hazırda İslam inqilabına qarşı çıxanlar "fitnə hərəkatı" bayrağı altına toplaşıblar və məhkəmə sistemi bu hərəkatla bağlı ciddi ölçü götürməlidir: “"Fitnə hərakatı"nın Aşura günü gördüyü işlər göstərir ki, onlar heç bir dəyərə hörmət etmir və ya heç nəyə dəyər vermirlər. Aşura günü onlar səmimi qəlbdən matəm saxlayan xalqa hörmətsizlik etdilər. Bu onların rejimə və İslama qarşı düşmənçiliyini göstərir". Bundan öncə parlamentin 144 nümayəndəsi İran adlanan yerin Məhkəmə Hakimiyyətinin (sisteminin) sədri, ayətullah Əli Laricaniyə müraciət edərək müxalifətdən olan Mirüseyn Musəvinin həbs olunmasını tələb ediblər.
Eyni zamanda dekabrın 27-də Tehranda polis və mitinq iştirakçıları arasında baş vermiş qarşıdurma zamanı Dubay televiziyasının suriyalı jurnalisti Rza əl-Başa itkin düşüb. "TABNAK" xəbər saytının yaydığı məlumatda bildirilir ki, İran adlanan yerin Mədəniyyət və İrşad Nazirliyinin Mətbuat və Xarici KİV-lərə Nəzarət İdarəsinin, polisin və digər rəsmi qurumların axtarışları nəticə verməyib və araşdırmalar davam edir. Məlumatda deyilir ki, əL-Başa ötən İran adlanan yerə qarşıdurmalar barədə xəbər hazırlamaq üçün deyil, nə baş verdiyini görmək üçün gəlib.
• [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
Qaynaq : d-a-k.org


LinkBack URL
About LinkBacks




Reply With Quote







