Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Hara Gedir Sabahimiz?

  1. #1
    Yaxşı Yazır beyqurd's Avatar
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    beyqud
    İsmarıclar
    87

    Level: 26 
    Təcrübə: 119,396
    Next Level: 125,609

    Thanks
    121
    Thanked 315 Times in 84 Posts

    Question Hara Gedir Sabahimiz?



    Uzun illər düşünmüşəm:
    Millətlərin cərgəsində biz də varıq.
    Yurdumuza qəsd edənin
    Gözlərini oyanlarıq.
    Biz o qədər nəcibik ki,
    Bir balaca işarədən söz anlarıq.
    Haqla zoru ayırd edib
    öz yerinə qoyanlarıq...
    ***
    Millətimin taleyini
    Mən düşündüm zaman-zaman.
    Keçdi zaman, keçəmmədik
    Gördüm, əsrin sınağından
    zaman yaman harın imiş.
    Demə, əsrin şadarası
    narından da narın imiş.
    Keçəmmədik o taya biz.
    Şadarada qaldı bütün kəsirimiz.
    ***
    Əsrin böyük sınağına
    Demə, hazır deyilmişik.
    Yoxuşu düz yol bilmişik.
    Indi ulu Yaradandan soruşuram:
    - De, kimik biz?
    Məzlumuq, ya zalımıq biz?
    Vaxtla tələb arasında
    Bəlkə bir gün dolaşmışıq,
    Vaxtın hansı döngəsində biz
    qalmışıq?
    Daş üstündə göyərməyən bir tumuq biz.
    Özümüzə zalım ikən,
    Başqasına məzlumuq biz.
    Əldən gedən torpaq üçün
    ürəyimiz çilik-çilik.
    Zalım bizdən torpaq alıb,
    Biz zalımdan sülh istərik.
    Özümüzə dal çevirib
    Özgəsinə qardaş dedik.
    Biz yalanı körükləyib
    Həqiqətə çıxdaş dedik.
    ***
    Özgəsini yamsılayıb elə bildik:
    Biz də dönüb ərən olduq.
    Sərdiyimiz toxumların meyvəsini
    Qarabağda dərən olduq.
    ***
    Biz köhnənin xəstəsiydik,
    Mərəzimiz bəlli idi
    Sabirlərə, Cəlillərə.
    Yaramızdan qan açıldı
    Qarabağda birdən-birə.
    ***
    Mədəmizi ağlımıza
    Dəyişməyi şərə sandıq.
    Özgəsinin qabağında toyuq olub
    Evimizdə xoruzlandıq.
    Qonşumuzun aclığını
    Bilib rahat yatırıqsa,
    Ləyaqəti, dəyanəti
    Vəzifəyə satırıqsa,
    Dostumuzdan donos yazıb
    Arzumuza çatırıqsa,
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız?
    ***
    Dəryamızı bəyənməyib
    Özgəsinin hovuzunda üzürüksə,
    Yad dilində dil-dil ötüb
    Doğma ana dilimizə
    Əgər dodaq büzürüksə,
    Inamımız, imanımız
    Ya heç yoxsa, ya çürüksə
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız?
    ***
    Vicdan adlı bir mələkdən üz
    döndərib
    Iblisliklə barışdıqsa,
    Ləyaqəti tapdalayıb
    Özümüzdən yuxarıya yarındıqsa,
    Dinimizi pula satıb
    Özgə dinə sığındıqsa,
    Ruhanimiz dəllal isə, tacir isə,
    Anasının əmcəyini
    Kəsən ilə əlbir isə
    Rüşvət "Hacı" rütbəsini
    Qazanmağa tədbir isə
    Demək, yoxmuş Allahımız,
    Hara gedir sabahımız?
    ***
    Bir ölkədə satan varsa
    Öz halalca torpağını,
    Biz özümüz söndürdüksə
    Dədəmizin yandırdığı siqarını,
    Ayır görüm əməllərin
    Qarasından sən ağını.
    ***
    Bu nəsildən o nəsilə tel qırıqsa,
    Tayfamızı millətimiz,
    Evimizi Vətənimiz sanırıqsa,
    Vətən, millət namusunu danırıqsa,
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız?
    ***
    Ömür boyu haram yeyib,
    Başqasının halalına cumuruqsa,
    Bir tikəyə möhtac olan əlacsızdan
    Əgər rüşvət umuruqsa,
    Gözümüzlə gördüyümüz dəhşətlərə
    Gözümüzü yumuruqsa,
    Özümüzdən ağır gələr günahımız,
    Özümüzü yandıracaq öz ahımız.
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    Last edited by beyqurd; Friday 1 January 2010-1 at 03:21 PM.
    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.



  2. The Following 2 Users Say Thank You to beyqurd For This Useful Post:

    Azerbaycan_Qizi (Friday 1 January 2010-1), janim_vatanim (Friday 1 January 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

hara gedir sabahımız

Hara gedir sabahimiz

Demək bizdən üz döndərib allahımız hara gedir sabahımızhara gedir sabahimiz seiriHARA GEDİR SABAHIMIZMədəmizi ağlımıza Dəyişməyi şərə sandıq. Özgəsinin qabağında toyuq olub Evimizdə xoruzlandıq. Qonşumuzun aclığınıDEMƏK BİZDƏN ÜZ DÖNDƏRİB ALLAHIMIZhara gedir sabahımız şeriBir tikəyə möhtac olan əlacsızdanhara gedir sabahimiz şeir
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts