بو تاپیک ده آتا بابا سؤزلری سیزین یاردیمزلا قرار وئریله جاق
| Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin |
gelecek bizimdir (Wednesday 9 July 2008-1), sensizolmaz (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)
yurd sevan (Tuesday 15 July 2008-1)
əlbəttə ki fərqləri var
Ata baba sözləri böyuk insanlardan qalan sözlərdi amma zərbolməsəl bir sözdü ki bir xas zəminədə diyilib və çün tikrar olunub və bir məfhumu çatdirib yadlarda qalıb həttə siz baxsaz farscada soxəne bozorgan və zərbolməsəl arasinda fərq var və onılari bir birinin yerinə işlətməzlər
zərbolməsəllər bir ittifaq ya dastan uzundən bizə yetişib amma Ata baba sözlərini böyük insanlar üz təcrübələrinin üzündən yaziblar və onlarin yuxarı savadlarindan gələn sözdü
azarbayjan (Tuesday 15 July 2008-1), gelecek bizimdir (Thursday 10 July 2008-1), sensizolmaz (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)
azarbayjan (Tuesday 15 July 2008-1), duzlu oğlan (Friday 11 July 2008-1), sensizolmaz (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)
düzün istəsən çətini elə buradi da amma kolli halətdə ata baba sözlərinin haləti ciddi olar və tənz az işlənər içində vəli zərbolməsəldə məmulən gülməli və dastan var olar
məsələn
bir gülünən bahar olmaz bu Atababa sözüdü
vəli balıq əti istiyən ...sin goyar buz üstünə bu zərbolməsəldi
azarbayjan (Tuesday 15 July 2008-1), gelecek bizimdir (Friday 11 July 2008-1), sensizolmaz (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)
duzlu oğlan (Friday 11 July 2008-1), sensizolmaz (Friday 11 July 2008-1)
azarbayjan (Tuesday 15 July 2008-1), duzlu oğlan (Friday 11 July 2008-1), gelecek bizimdir (Friday 11 July 2008-1)
Baba olmadı, vəba oldu.
Baba paltarı geyərsən, baba olarsan.
Babadan hümmət - nəvədən xidmət.
Babanın əlindən nəvə tutar.
Babanın üzünü ağardan nəvəsi olar.
Bablı baba ilə, su qullabı ilə.
Bablı babın tapmasa, işi ah-vayla keçər.
Baqqal, qəssab - hər ikisi bir hesab.
Baqqal daşdan kəsər, siçan baqqaldan.
Baqqal ölülərin borcun dirilərə yüklər.
Bağ alma bağlanarsan, dağ alma dağlanarsan, qoyun al, yağlanarsan.
Bağ bağbansız olmaz, dəvə sarbansız.
Bağ belə, bostan belə, tənəkləri şələ-şələ!
Bağ kəsmək eşşəkdən qalıb.
Bağ salan barın yeyər.
Bağ satıb, dağ alıb.
Bağa bağ deməyiblər, bax deyiblər.
Badə ki, bir şərabdır hər kəs ondan içməlidir, ölmək ki, bir körpüdür,
hər kim ordan keçməlidir.
Bağa bağban lazımdır, qoyuna - çoban.
Bağa bax, barını gör.
Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
Bağa çanağından çıxdı, çanağını bəyənmədi.
Bağanı ya öldür, ya dalısı üstə qoy.
Bağban bir gül üçün, min xara xidmətkar olar.
Bağa yol gedə bilməz, evini dalında gəzdirər.
Bağban tələsər, armud vaxtında yetişər.
Bağbanın bar vaxtı, qulağı ağır eşidər.
Bağbanın könlü olsa, nə gəlib bağda paya?
Bağda əlləşənin qurşağı qığ olar.
azarbayjan (Tuesday 15 July 2008-1), duzlu oğlan (Friday 11 July 2008-1), gelecek bizimdir (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)
Bağda ərik var idi, salam-əleyk var idi, bağdan ərik qurtardı, salaməleyk qurtardı.
Bağda gülə baxarlar.
Bağım var, bağım var, - tuman bağı!
Bağında gül var ikən - gül üzünə, bağında gül qurtardı - kül üzünə.
Bağça bağın qıydı, bağban salxım da qıymadı.
Bağlı qapıya xəta dəyməz.
Bağça məndə, bar məndə, heyva məndə, nar məndə, könlüm əttar
dükanı, nə istəsən var məndə!
Bağçalar sarı, heyvası narı, hamı dinsə də, sən dinmə barı.
Bədnan gələn, bədnan gedər.
Bazar ata-ana tanımaz.
Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
Bazar quruldu, hesab duruldu.
Bazar içində it qulağı kəsməzlər.
Bazar yansın, amma, mənə bir manat qazanc olsun.
Bazar olsun bazarın!
Bazar çörəyi çox olsun, bazarda olsun.
Bazar şeytan yuvasıdır.
Bazara gedər - yağış yağar, dəyirmana gedər - qırğın olar.
Bazarda bez ucuz olanda adam özünü öldürməz.
Bazarı kasad olan mərdanə gərək olsun.
Bazarın bazar, qadam sənə, mərdimazar.
Bazarın əvvəl!
Bazara gəldi qul alan kül başına dul alan,yerin cənnətdə olsun, qız əlindən gül alan.
Bazarın gözün çıxarıb.
Bayquş gündə üç sərçə yeyər.
Bayquş xarabalığı gülüstana deyişməz.
Bayquşun da dar olmasın qəfəsi.
Bayquşun ruzisi ayağında gedər.
Bayram bəyi olub.
Bayram sümüyü ilə köpək kökəlməz.
Bayraməlisiz toy olmaz.
Bayırı kaşi-çini, içərisi toyuq hini.
Bakı yetim-yesir məskənidir.
Bakı Şərqin qapısıdır.
azarbayjan (Tuesday 15 July 2008-1), duzlu oğlan (Friday 11 July 2008-1), gelecek bizimdir (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)
Bakıda qazan - Tiflisdə xərclə.
Bakıda işlə - Gəncədə dişlə.
Bakılı cüt danışar, şəkili - qaş-gözlə, dərbəndli -kəllə ilə.
Bal verən çiçəyi arı tanıyar.
Bal dedim, bəlaya düşdüm.
Bal tutan barmaq yalar.
Bal tutanın arısı Şamdan gələr.
Bala quşun ağzı böyük olar.
Bala dadı, bal dadı, bala adam aldadı, şirini şirin olur, acısı da bal dadı.
Balı da sənin, bəlası da.
Balı dibindən, yağı üzündən.
Balı əli uzun olan yeməz, qismət olan yeyər.
Balı olana doşab satmazlar.
Balın yoxdur, bal kimi dilin olsun.
Balını ye, arısını soruşma.
Balsız şanda arı durmaz.
Balçı qızı - daha şirin.
Balçının var bal tası, odunçunun baltası.
Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
Bala bağır ətidir.
Bala baldan şirindir
.
A.T.A sözlərinin davamini görmək istəsəz aşağidaki linkə basin
[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
duzlu oğlan (Friday 11 July 2008-1), gelecek bizimdir (Friday 11 July 2008-1), yurd sevan (Tuesday 15 July 2008-1)