FƏRQ QOYMUR
Bir kişini varı-yoxu bir inəyi, bir də eşşəyi vardı. Çöldən ot-ələf yığıb eşşək ilə daşıyır, inəyə yedirdir, südünü satıb külfətini dolandırırdı.
Son günlər eşşək kişini incitməyə başlamışdı. Tez-tez
soncuq atır, anqırır, noxtasını qırıb qaçır, ya da öz axurunun ot-ələfini yeyib qurtaran kimi soxulurdu inəyin axuruna. Kişi eşşəyin əlindən lap təngə gəlmişdi. Bir axşam namazını qılandan sonra üzünü tutdu göyə:
- Pərvərdigara, özün görürsən ki, bu eşşək məni cana
Gətirib. Razıyam ki, ot-ələfi özüm dalımda daşıyam, təki bu eşşəyi mənim yaxamdan et, Əzraili göndər onun canını alsın.
Kişi səhər yuxudan ayılıb gördü ki, inəyi ölüb. Hirslə
çıxdı çölə, üzünü göyə tutub dedi:
- Pərvərdigara! Sən necə allahsan ki, eşşək ilə inəyə fərq qoymursan?! Mən xahiş elədim ki, eşşəyi öldür, sən isə inəyi öldürdün. Daha sənə ibadət etməyəcəyəm!


LinkBack URL
About LinkBacks





Reply With Quote
