Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 5`ə(a/ya/yə) qədər. Cəmi 5.

Mövzu: Lətifələr...

  1. #1
    Professional Ulya's Avatar
    Qeydiyyat
    May 2010
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    353

    Level: 30 
    Təcrübə: 255,736
    Next Level: 300,073

    Thanks
    1,569
    Thanked 1,592 Times in 351 Posts

    Smile Lətifələr...


    1.Dəliləri təyyarəyə mindirirlər, bir şəhərdən başqasına aparırlar.Amma təyyarədə o qədər səs-küy edirdilər ki, axırda pilot dayanamayıb, təyyarəni ikinci pilota təslim edərək içəri gedir nə baş verdiyini bilmək istəyir.
    Dəlilər təyyarədə hamısı bir ağızdan bağırıb, çığırırlar..Amma ən başda, bir dəli,o birilərinə baş qoşmur dinməz oturub.
    -Sən niyə səs salmırsan? deyə soruşur...
    Dəli :
    -Mən bunların "müəllimiyəm", deyə cavab verir. Onlar da mənim "şagirdlərimdi". İndi tənəffüsdür ona görə səs salırlar.
    Pilot, çarəsiz yerinə qayıdır. Bir müddət keçir ki, səslər tamamilə kəsilir.
    Pilot:
    -Çok gözəl! deyə sevinir. Hərhalda özün müəllim hesab edən dəli, onlara dərs keçməyə başlayıb.
    Amma dəqiqələr keçir, arxadan heç bir səs-səda çıxmır. Pilot bir az daha gözlədikdən sonra narahat olmağa başlayır. Gedib baxır.
    Bir də görür ki, qapı açıq və içəridə "müəllimdən" başqa heç kim yoxdu.
    Dəhşətlə soruşur :
    -"Şagirdlərin" haradadır?
    -Dərslər qurtardı. Hamısını evlərinə göndərdim!

    2.Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
    -Ay uşaq, mene bir bıçaq gətir, xoruzun başını üzüm.
    Sonra da xoruzu hinə buraxırdı.
    Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
    Hacı dayı deyir:
    -Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik.Yansınlar.


    3.Bir Gün Biri çıxır söyüd ağacına
    - Dostu Deyir:Hara çıxırsan?
    -Armud Yeməyə
    Dostu Deyir:Axı bu söyüd ağacıdır
    -Deyir Nə olsun Armud Cibimdədi


    4. 2 nəfər otaq yoldaşı olur. Bunlardan biri hər gecə yanına 2 stəkan qoyur - biri su ilə dolu, o biri boş. O biri dözmür və bir gün soruşur:
    - Bəs bu nə məsələdi?
    - çünki gecələr oyanarkən bəzən su içmək istəyirəm, bəzən yox.


    5.Qoca haker nəvəsinə nağıl danışır:
    - ... o, qızıl balıqla klik elədi...
    - Baba, bəs niyə görə balıqla?
    - O vaxtı siçan yox idi...


    6.Müəllim tələbəyə sual verir
    - Dəniz niyə duzdudu?
    Tələbə:
    - Balıqlar sürətlə üzdüyü üçün çox tərləyirlər ona görə
    Dur ayağa , Ya azad ol , Ya tamam yan , Azərbaycan !!!

  2. The Following 6 Users Say Thank You to Ulya For This Useful Post:

    AŞIQ-PƏKƏR (Thursday 7 October 2010-1), Bobi (Tuesday 31 August 2010-1), hedis (Thursday 7 October 2010-1), janim_vatanim (Tuesday 31 August 2010-1), time trial (Tuesday 31 August 2010-1), yurd sevan (Tuesday 31 August 2010-1)

  3. #2
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,679

    Level: 41 
    Təcrübə: 2,260,984
    Next Level: 2,530,022

    Thanks
    5,167
    Thanked 4,027 Times in 1,171 Posts

    Əsas seçim

    uzun gülsun ulya baci içim geşdi gülmaqdan

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  4. The Following 6 Users Say Thank You to time trial For This Useful Post:

    AŞIQ-PƏKƏR (Thursday 7 October 2010-1), Bobi (Tuesday 31 August 2010-1), hedis (Thursday 7 October 2010-1), janim_vatanim (Tuesday 31 August 2010-1), Ulya (Tuesday 31 August 2010-1), yurd sevan (Tuesday 31 August 2010-1)

  5. #3
    Iraztürkün fabrik dostu Bobi's Avatar
    Qeydiyyat
    Mar 2010
    İsmarıclar
    1,747

    Level: 38 
    Təcrübə: 1,419,450
    Next Level: 1,460,206

    Thanks
    12,312
    Thanked 6,844 Times in 1,735 Posts

    Talking

    Birgün bakanlardan biri özel makam otosuyla bir temel atma törenine gider. Yolda canı sıkılır şoförüyle sohbete başlar
    Ona sorar :
    -Şoför sana birşey soracam.
    Şoför "sorun efendim" der.
    Bakan ona "bir eşekle şoför arasındaki fark nedir der?"
    Şoför bozulur ama birşey diyemez "bilmiyorum" der.
    Bakan :
    -Şoföre dur dersin durur eşeğe çüş dersin durur.
    Bizim şoför daha cok bozulur ama sesi cıkmaz bir süre sonra şoför sorar bakana : "bende birşey sora bilirmiyim bakanım?" Bakan sor der
    -Bakanla eşek arasındaki fark nedir?
    Bakan düşünür ama bulamaz "bilmiyorum" der
    Şoför :
    -valla bakanım bende bulamadim eşekle bakan arasındaki farkı
    Last edited by Bobi; Wednesday 6 October 2010-1 at 05:09 PM.

  6. The Following 4 Users Say Thank You to Bobi For This Useful Post:

    AŞIQ-PƏKƏR (Thursday 7 October 2010-1), hedis (Thursday 7 October 2010-1), janim_vatanim (Friday 8 October 2010-1), yurd sevan (Wednesday 6 October 2010-1)

  7. #4
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,931
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    AND İÇMƏK
    - Kərbəlayi Nəcəfqulu, saat neçədir?
    - Dəstədən on iki dəqiqə keçibdir.
    - Ba?!
    - Əbülfəzl Abbas haqqı.

    - Məşədi Həsən, dünən sən də qonaqlıqda idin?
    - Yox, Həzrət Abbasın qələm edilən qolları haqqı!

    - Molla Vəli, bilirsən dünən Nəcəfəli bəyə nə dedim?
    - Nə dedin!
    - Dedim: Əlinin qəzəb oğlu Həzrət Abbas mənə qənim olsun yalan deyirəmsə, bu saat qarnuvu yarıb tüstü ilə dolduraram.
    - Deyinən, sən öl!
    - Sən öl! Həzrət Abbas belimdən vursun ki!

    - Kərbəlayi Hümmət, mənim başmaqlarımı sən geyibsən?
    - Yox, Həzrət Abbasın bir cüt düşən qolları haqqı!
    - A kişi, ta niyə yalandan and içirsən. Budur, hana, mənim başmaqlarım səndədir.
    - Buy, Həzrət Abbasın qılıncına gəlim ki, elə bilirdim özümündür!!



    Üzeyir bəy Hacıbəyli

  8. The Following 2 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    Bobi (Saturday 19 February 2011-1), yurd sevan (Friday 18 February 2011-1)

  9. #5
    Iraztürkün fabrik dostu Bobi's Avatar
    Qeydiyyat
    Mar 2010
    İsmarıclar
    1,747

    Level: 38 
    Təcrübə: 1,419,450
    Next Level: 1,460,206

    Thanks
    12,312
    Thanked 6,844 Times in 1,735 Posts

    Red face





    1.Bir Amerikalı ilə Yapon safariyə çıxmışlar. Hər ikisi də son texnoloji silahları da bir-birlərinə göstərmək üçün yanlarında götürmüşlər. Uzaqda bir şir görürlər. Amerikalı lazer tüfəngilə şirə atəş açır. Amma boşa çıxır güllə. Dərhal Yapon peykdən istiqamətləndirməli tüfəngilə şirə atəş açır. Lakin o da boşa. Şir bunları görüncə üzərlərinə doğru gəlməyə başlamış. Amerikalı bir qurtum viski içib sonunu gözləməyə başlamış. Yapon dərhal idman ayaqqabılarını geyməyə başlamış. Amerikalı soruşmuş: -Nə? Şirdən sürətli qaçacaqsan? -Yox, səndən sürətli qaçsam yetər.


    2.Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: - Şüşələri gətirdim.


    3.Həkim məni hara aparırsınız? - Morqa. Axı mən daha ölmədim ki?! - Heçnə olmaz biz də hələ çatmamışıq.


    4.Evdə qadın ərini ağ yuyub qara sərir: - Heç olmazsa bu yan qonşularımızı nümunə götür. Neçə illik evlidilər, amma bir-birlərinə hələ bal ayındakı kimi davranırlar. Adam arvadını avtomobildə, qapının qarşısında, hər yerdə öpür. Təəssüflər olsun! Sən niyə eyni şeyi edə bilmirsən? - Edərəm etməsinə amma, mən qadını yaxşı tanımıram axı..


    5.Adamın biri yolda gedərkən bir şüşəyə təpik atır; şüşədən cin çıxır. Cin istə məndən nə istəyirsən deyir, adam da üzr istəyirəm; bir daha olmaz, deyir.

    6.Əli Misirdə oxuyan bir şagirddir. İmtahanlar bitir və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edir və imtahanların necə keçdiyini soruşur. Əli də bilmədiyi halda çox yaxşı keçdi deyir və sonra atası onu işlərində kömək etməsi üçün çağırır. Əli getməmişdən əvvəl yoldaşına son olaraq belə deyir; Əhməd sən qiymətlərimi öyrənərsən və mənə zəng edərsən. Əgər telefona atam cavab
    versə Məhəmmədin Əliyə salamı var deyərsən mən anlayaram ki, bir kəsirim var. Əhməd qeydləri öyrənir və zəng edir. Telefona atası cavab verir və Əhməd belə deyir: - Əmi, Əliyə söylə ona bütün Ümmedi Məhəmmədin salamı var..


    7.Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
    -Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
    -Üzr istəyirəm.

    8.Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
    Gözətlə sındırma ha!
    Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
    Molla, bu günahsız qızı nә üçün döyürsәn?
    Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.


    9.Mollaya üzlü bir qonaq gәlir. Gecә yeyib-içәndәn sonra yerlәr salınır, yatmaq istәyirlәr. Qonaq başını yuxarı qaldırıb tavandan asılmış üzüm salxımlarını görən kimi mızıldaya-mızıldaya oxuyur:
    Bizim yerlәr, bizim yerlәr.
    Yatanda üzüm yeyәrlәr.
    Molla yorğanı düzәldә-düzәldә cavab verir:
    Bizdә elә adәt yoxdur:
    Saxlayıb gündüz yeyәrlәr.


    10. İki sevgili yeməyə çıxırlar, yemək yeyəndə oğlan qızı qucaqlayır və deyir: Əzizim atapleniyaya oxşayırsan. Qiz deyir: Nədi bəyəm çox istiyəm ? Oğlan deyir: Yox qabırqaların görsənir.


    11.Müəllim sual verir:- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?Uşaq əlini qaldırır:-Atamın da anamın da toyu təsadüfən eyni günde olub.


    12.Ana, o kişi kimdir?
    - Hansı bala?
    - O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
    - Hə bala, o sənin atandır. İnternetə qoşulub... :-)


    13.Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
    - Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
    -Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
    Həyat yoldaşı:
    - Bağışla mən səni çox qısqanıram səni.
    Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
    - Axı bu dəfə nə etmişəm?
    Həyat yoldaşı:
    - Heç nə. Atın mesaj yazıb al cavab yaz.


    14.Bir həkim xəstəsindən soruşur:
    - Oğlum sənin bir qulağını kəssəm nə olar?
    Dəli:
    - Canım ağrıyar,həkim
    - Bəs iki qulağını da kəssəm?..
    Dəli:
    - Onda görə bilməyəcəm ki?..
    Həkim:
    - Nə əlaqəsi var oğlum!?
    Dəli:
    - Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!


    15.Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə qız pilota yaxınlaşıb deyir:
    Bir kişi var,özünü atmaq istəyir.Nə qədər eliyirik sakitləşmir.
    Pilot soruşur ki,necə adamdır?
    -Başı sarıqlı,əli-qolu sınıq,burnu qırıq
    -Dəyməyin!O elə həmişə burada düşür


    16. Bir dost digərinə: - Sənin ayaqqabilarinin biri niyə sari, o biri qirmizidir? – Bilmirəm, evdəki də belədi.


    17.İki dost işdən evə qayıdırdı. Biri:
    - Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
    - Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
    - Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm


    18.Kiçik bir uşaq, hamilə bir qadının qarnına toxunaraq:
    -Nə var sizin qarnınızda xala?
    Qadın:
    -Uşağım var,balam,deyə cavab verər.
    -Sizin Uşağınızmı?
    -Bəli
    -Onu sevirsinizmi?
    -Bəli
    -Çoxmu sevirsiz?
    -Bəli balam.
    -Elə isə niyə yediz?


    19. Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
    -sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
    Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
    Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
    Sürücünün yanında oturan arvadı isə: “cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “.
    Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
    Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : “ mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
    Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
    Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik ?


  10. The Following 5 Users Say Thank You to Bobi For This Useful Post:

    Beralus (Friday 18 March 2011-1), Gune Baxan (Friday 18 March 2011-1), oktay (Friday 18 March 2011-1), time trial (Saturday 19 March 2011-1), yurd sevan (Saturday 19 March 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

18 lətifələr

Lətifələr

18 LətifələrLətifə dəliLƏTİFƏLƏR2 dost olur.biri cixirqoca yapon qızlarımüəllim-şagird lətifələri 18lətifələr 18 lətifələr -
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts