Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Müsəlman alimlərinin kəşfləri

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,095

    Level: 38 
    Təcrübə: 1,443,964
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 4,000 Times in 1,057 Posts

    Post Müsəlman alimlərinin kəşfləri



    Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.

    İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.


    TİBB
    * Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləmini çox yeniliklər gətirən Əl-Qanun adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. Kitabın Tibbin İncili adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılara nümunə olmuşdur.

    * Bəzi tədqiqatçıların fikrincə, İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərin kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır.

    * Fateh Sultan Mehmetin tərbiyəçisi və müəllimi Ağşəmsəddin (1389-1459) mikrobu kəşf etmişdir.

    * Vərəm mikrobunu Kambur Vesim (vəfat 1761) kəşf etmişdir.

    * İbrahim Cəssar (vəfat 1009) 1000 il bundan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini göstərmiş, vəbanın yoluxucu olması barədə isə ilk dəfə elmi yolla İbn Xəttab (1313-1374) fikir yürütmüşdür.

    * Gözlə bağlı tədqiqatları ilə müsəlman həkimlər əsrlər boyunca elm dünyasının öndəri olmuşlar. Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk dəfə məlumat verən şəxs İbn Rüşd (1126-1198) olmuşdur. 11-ci əsrdə yaşamış məhşur göz həkimi Əli ibn İsanın yazdığı Təzkirə əsəri yüzillər boyunca yeganə məlumat mənbəyi sayılmışdır.

    * Əmmar adlı müsəlman alim isə 9 əsr bundan əvvəl özünəməxsus üsulla göz üzərində uğurlu cərrahiyə əməliyyatı aparmışdır.

    * Əli ibn Abbas (vəfat 994) müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərçəng əməliyyatını həyata keçirmiş, onun qələmə aldığı Kitabul-məliki adlı tib ensklopediyası günümüz üçün də öz aktuallığını qoruyub saxlamışdır.

    * Kiçik qan dövranını Avropa alimlərindən təqribən 300 il əvvəl İbnün-Nəfis (1210-1288) kəşf etmiş, İbn Sinanın �Qanun� kitabına yazdığı şərhdə bu məsələnin incəliklərini göstərmişdir.

    Müsəlman şərqində bu səviyyədə elmi işlər aparıldığı zaman Avropada həkimi sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahi əməliyyat aparmaq istəyən həkimləri təqibə məruz qoyurdular.
    İlk xəstəxana 707-ci ildə Əməvi xəlifəsi Valid bin Əbdülməlik zamanında təşkil olunmuşdur. Həmin xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilirdi. Qaçmamaları üçün cüzamlı xəstələrin həbs edilmələri əmr edilmiş, onlara və korlara ərzaq təsis olunmuşdu.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. Azerbaycan_Qizi Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    Bobi (Tuesday 19 October 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

harun ər rəşid

müsəlmanların kəşfləri

azerbaycan ensklopediyasiazerbaycanda ixtiralarMüsəlman alimləri ixtiralarazerbatcan ensklopediyasiAzerbaycan ensklopediyasi.ixtiralar və kəşflərHarun ər-Rəşidinislam alimlərinin ixtira və kəşfləri
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts