Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 5`ə(a/ya/yə) qədər. Cəmi 5.

Mövzu: 21 Azər, Güney Azərbaycanda Milli Dövlətçilik Günüdür

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,095

    Level: 38 
    Təcrübə: 1,443,974
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 4,000 Times in 1,057 Posts

    Əsas seçim 21 Azər, Güney Azərbaycanda Milli Dövlətçilik Günüdür


    Bu gün 1945-ci ildə dekabrın 12-si (21 Azər günü) Güney Azərbaycanda qurulmuş olan Milli Hökumətin 65-ci ildönümüdür. Seyyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş olan bu hökumət Quzey Azərbaycanla birləşmə yolunda çırpınırdı, ancaq SSRİ rəhbəri Stalin buna imkan vermədi və hökumətimiz iran yönətimi tərəfindən yıxıldı. Bu gün azadlıq istəyi ilə ayaqlanan Güney Azərbaycanlı soydaşlarımız müstəqil olan Quzey Azərbaycanla birləşməklə öz istiqlaliyyətlərinə qovuşacaqlar.O gün çox yaxındadır...

    Yaşasın Bütöv Azərbaycan!


    21 Azər Milli Dövlətçilik Günümüz Türk millətinə Qutlu olsun.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Tuesday 13 December 2011-1), Beralus (Monday 13 December 2010-1), Bobi (Sunday 12 December 2010-1), BozKurt (Sunday 12 December 2010-1), memmed (Monday 12 December 2011-1), Oqtay Eloglu (Monday 12 December 2011-1), time trial (Sunday 12 December 2010-1), Ulya (Monday 13 December 2010-1), yurd sevan (Tuesday 14 December 2010-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,095

    Level: 38 
    Təcrübə: 1,443,974
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 4,000 Times in 1,057 Posts

    Əsas seçim

    21 Azər Milli Dövlətçilik Günümüz Qutlu olsun.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. The Following 3 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Tuesday 13 December 2011-1), Bobi (Monday 12 December 2011-1), yurd sevan (Tuesday 13 December 2011-1)

  5. #3
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,932
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    21 AZƏR HƏRƏKATI


    Yazan: Şövkət xanım Tağıyeva


    Hal-hazırda, Güneydə çoxmilyonlu Azərbaycan türklərinin milli haqları və geniş mənada demokratiya mübarizə apardığı bir dövrdə 21 Azər hərəkatına, yəni 1945-ci ilin 12 dekabrında (İran təqvimi ilə Azər ayının 21-də) Güney Azərbaycanda qələbə ilə nəticələnmiş hərəkata bir daha qayıtmağa ehtiyac var. Mövcud şərait həm hadisələrin iştirakçı və şahidlərindən, həm də tarixçilərdən hərəkatın qaranlıq, bu vaxtadək örtülü qalmış cəhətlərinin açılmasını, ona həqiqi, obyektiv qiymət verilməsini tələb edir.

    Zənnimizcə, bu məsuliyyətli işi görməzdən əvvəl mühüm bir suala cavab verməliyik: Milli Hökumətin yaradılmasına aparan yolda hərəkata o dövrdə arxa duran Sovetlərin Pişəvəriyə bu işə rəhbərlik təklifinə onun razılıq verməsi düzgün hərəkət idimi? Məsələ burasındadır ki, bir çox müəlliflərlə yanaşı, 1941-ci ilin avqustunda Sovet hərbi hissələrinin ilk dəstələri ilə səlahiyyətli hərbi müxbir kimi Güney Azərbaycana, ilk növbədə Təbrizə daxil olmuş kapitan İbrahim Novruzovun da öz xatirələrində1 təsdiq etdiyi kimi, Pişəvəri tarixdə bəzi analoji hadisələrə əsaslanmaqla ruslara etibar etmədiyi üçün üzərinə son dərəcə yüksək məsuliyyət qoyan bu təklifi böyük tərəddüddən sonra qəbul etmişdi.2 Bu mühüm və tarixi əhəmiyyətli məsələ ilə bağlı Sovet Culfasında qatarda Mir Cəfər Bağırovla təkbətək görüşdə Pişəvəri bu təklifin müqabilində Bağırova demişdi: «İndi öz siyasi hədəfləri xatirinə bizi oyuna çəkən bu ruslara arxalanmaq olmaz. Onlar lazım gəldikdə bizə heç kömək də etməzlər və bizi mübarizə meydanında tənha qoyarlar. Rusların məhəbbəti suda batan anda körpəsini ayağı altına qoyan meymunun məhəbbətinə bənzəyir. Mən onları yaxşı tanıyıram.» Lakin Mir Cəfər Bağırov Seyid Cəfər Pişəvərini səhv etdiyinə inandıra bilmişdi və Pişəvəri Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi təklifini qəbul etmişdi. Nəticədə hərəkat məğlubiyyətə uğrasa da, çoxsaylı qurbanlar verilsə də, bir sıra amillər qoyulan sualı müsbət cavablandırmağa əsas verir.
    Bəri başdan demək lazımdır ki, Sovetlərin təklifinə münasibəti birmənalı qiymətləndirmək kifayət qədər çətindir və ümumiyyətlə, həmin təklifin qəbul edilməsinin riskli olduğu nəzərə alınmalıdır. Pişəvəri bunu başa düşürdü. Çünki o özü dediyi kimi, tarixi hadisələrdən (1920-21-ci illərdə Gilandakı təcrübədən) «rusları yaxşı tanıyırdı». Bununla belə o hesab edirdi ki, təkrarı çətin ola biləcək həmin şans əldən verilsə, tarix bunu bağışlamaz. Odur ki, Pişəvərinin bu təklifin qəbulunda tərəddüdlərinin müsbət qərarla nəticələnməsi düzgün addım kimi qiymətləndirilməlidir və aşağıdakı amillər də Pişəvəriyə haqq qazandırmağa əsas verir.
    Əvvəla, Sovetlərin Güneydəki hərəkata kömək təklifinin arxasında Stalin kimi dünya miqyaslı siyasi xadim, faşist Almaniyası üzərində qələbə qazanılmasında mühüm rol oynamış Sovet dövlətinin başçısı dururdu.
    Daha önəmlisi bu idi ki, yardıma doğma olan Azərbaycan SSR, şəxsən Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov vasitəçi idi. Bu cəhət özü Sovetlərin etdiyi təklifi bir növ doğmalaşdırır, məqbul edirdi.
    Nəhayət, nəzərə alınmalıdır ki, təklifin qəbulu riskli olsa da, bu, tarixin verdiyi çətin ələ düşən fürsət idi. Burada bu şansın Azərbaycanın iki hissəsinin birləşməsinə aparan bir vasitə olmasını Pişəvərinin və yaxınlarının dərk etməsini də qəbul etsək, bu riskə getməyin düzgün seçim olması ilə tam razılaşa bilərik. Bununla, yəni birləşmə məsələsi ilə bağlı professor Cəmil Həsənlinin kitabından iqtibasla maraqlı bir sənədi burada gətirmək yerinə düşər. Əsaslanmaq istədiyimiz həmin sənəd Pişəvəri və digər rəhbər işçilərin (cəmi 5 nəfər) imzası ilə MH-in təşkilindən cəmi 11 gün sonra Quzeyə – M.C.Bağırova göndərilən məktubdur. Məktub Quzeydəki kimi Güneydə də Azərbaycanın bütövləşməsi ideyasının kifayət qədər populyar olmasından xəbər verir. Həmin məktubun sonunda qeyd edilirdi: «Öz dili, öz ədəbiyyatı olan 5 milyonluq Azərbaycan əhalisi kifayət qədər kadrları və öz taleyini idarə etməyə qadir, bacarığı olan bir xalqdır. Dünyanın böyük dövlətlərinin hələ 3 il əvvəl imzaladıqları Atlantik Xartiyası Azərbaycan xalqına müstəqil yaşamaq haqqı vermişdi. Biz belə hesab edirik ki, 5 milyonluq Azərbaycan xalqının hüquqlarını qorumaq üçün Azərbaycanda (oxu: Güney Azərbaycanda – Ş.T.) müasir şəraitə uyğun Müstəqil Demokratik Respublika hökuməti qurulması zəruridir. Buna görə, Azərbaycan xalqına öz qanuni hüquqlarından istifadə etməyə və müstəqil milli dövlətini yaratmağa köməklə yanaşı, Sizdən xalqımızın müqəddəs arzusu olan bu iki qardaş respublikanın ən yaxın gələcəkdə birləşməsinə yardım etmənizi və bunun üçün şərait yaratmanızı xahiş edirik».3
    Qeyd edək ki, məktub Bağırova ünvanlansa da, bu kömək Sovet rəhbərliyindən, şəxsən İ.Stalindən gözlənilirdi. Həqiqətən də, Bağırovun müraciətlərindən sonra və SSRİ XKS-nin 1945-ci il iyunun 10-da qəbul etdiyi gizli qərarından Stalinin belə bir icazəni icraata verdiyi bəlli olur.4 Deməli, hərəkat elə başlanğıcından öz bətnində Azərbaycanın bütövləşməsi perspektivini yaratmış və istiqamətləndirmişdi.
    Bütün bunlardan sonra bir daha qeyd etmək gərəkdir ki, Sovetlərin təklifinə razı olaraq 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsini (partiyasını) yaratmaq, Güney Azərbaycanda demokratik seçkilər yolu ilə Milli Hökuməti təşkil etmək və Güneydə sosial-iqtisadi, siyasi, mədəni islahatlar və quruculuq işlərinə başlamaq düzgün seçim və son dərəcə zəruri bir addım idi. Hərəkat fəaliyyət üçün fürsət tapa bildiyi cəmi bir il ərzində həyata keçirdiyi möhtəşəm, işlərlə bunu sübut etdi.
    1941-ci ilin avqustunda Sovet ordusunun İranın şimalına, o sıradan Güney Azərbaycana daxil olmasından sonra Sovet-İran mədəni əlaqələrinin inkişaf etdirilməsi xətti ilə Azərbaycan SSR-in mədəniyyət xadimləri İranda, xüsusilə də Güney Azərbaycanda fövqəladə bir missiya həyata keçirirdilər. Ölkənin güneyi üçün son dərəcə əhəmiyyətli olan bu əlaqələr Pişəvərinin başçılığı ilə Milli Hökumətin yaradılmasından (12.12.1945) sonra daha geniş miqyas aldı. Yeni yaradılan məktəblərdə Azərbaycan türkcəsində tədrisin təşkilində, Təbrizdə universitet açılmasında, Quzeydəki mədəni qurumlara uyğun yazıçılar, rəssamlar və memarlar cəmiyyətlərinin yaradılmasında, milli teatr, filarmoniya və digər mədəni-maarif ocaqlarının açılmasında Quzey Azərbaycanın bilavasitə yardımı və iştirakı öz bəhrələrini verdi. Quzeylilər Sovet İttifaqında Stalin repressiyaları dövründə qurbanlar verə-verə maarif və mədəniyyət sahəsində qazandıqlarını Güneydə milli hakimiyyətin yaratdığı imkanlardan istifadə edərək, qətrə-qətrə cənuba ötürürdülər. Güneylilər isə bunları doğma ana südü, donor qanı kimi qəbul edirdilər. Demək olar ki, Güney və Quzey tarixdə heç vaxt hərtərfli əlaqələrin, xüsusilə mədəni əlaqələrin öz apogeyində olduğu bu bir ildəki qədər iç-içə olmamışdı. Azərbaycanın o tarixi günlərindəki qarşılıqlı münasibətlərində xalqımıza xas olan bütöv azərbaycançılıq ideyası hər iki hissədə hakim idi. Bütün bunlara görə hərəkatın tək Güneydə deyil, həm də, şübhəsiz, Quzeydə də o dövrdə milli mənlik və milli birlik şüurunun inkişafında rolu son dərəcə böyük idi.
    Güney Azərbaycandakı 1941-1946-cı illər milli-demokratik hərəkatı təkcə İranda deyil, bütün Yaxın və Orta Şərqdə milli-azadlıq hərəkatlarının başlanğıcı oldu. Elə bu cəhətdən də hərəkat zamanı demokratik əsaslarla yaradılmış Milli Hökumətin (MH) fəaliyyəti yüksək qiymətləndirilməlidir. Çox önəmlidir ki, dövrünün böyük siyasi dövlət xadimi hesab edilən İ.Stalin S.C.Pişəvəriyə 08.05.1946-cı il tarixli məktubunda müəyyən şərtlər çərçivəsində olmaqla onu – bu perspektivli siyasi xadimi gələcəkdə «Orta Şərqdə mütərəqqi demokratik hərəkatın pioneri kimi» gördüyünü açıq şəkildə yazırdı.5
    Hələ 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi üsyan dövründə təcrübədən keçirilən xalq hakimiyyəti orqanı – Milli Hökumət İran dövləti çərçivəsində olmaqla, cəmi bir il sərbəst fəaliyyət göstərməyinə və müəyyən qüsurlarına, eləcə də hərəkat zamanı buraxılmış səhvlərə baxmayaraq, Güney azərbaycanlıların müstəqil milli inkişafında, həm də qeyd olunduğu kimi, ümumiyyətlə, bütün Azərbaycan xalqının milli birliyində müstəsna rol oynadı və xalqın istiqlal mücadiləsi tarixində əsrə bərabər iz qoydu. Çünki məhz bu dövrdə, özəlliklə milli hakimiyyətin fəalliyət göstərdiyi bir ildə quzeyli-güneyli azərbaycanlıların vahidlik şüuru öz açıq təzahürünü və deyərdim, təntənəsini tapdı.
    MH-in yaradılmasının birlik yolunda uzaq nəticələrini böyük ümidlərlə təsəvvürünə gətirən Məhəmməd Əmin Rəsulzadənin bu qurumu ilk təbrik edənlər cərgəsində olması faktı da6 məsələnin əhəmiyyətinin böyüklüyündən xəbər verir. (Ümumiyyətlə, M.Ə.Rəsulzadənin ADR dövründə Azərbaycanın bütövləşməsi məsələsinə münasibəti haqqında bax: Ş.Ə.Tağıyeva və N.Nəsibzadə. 1918-1920-ci illərdə Azərbaycan-İran münasibətləri və Azadistan məsələsi - «Azərbaycan Demokratik Respublikası» toplusu, Bakı, 1992).
    Quzey Azərbaycandan maarif və mədəniyyət işçilərinin Güney Azərbaycana, orada həyata keçirilən mədəni inqilaba köməyə qoşmaları, Güneydə isə bu köməyin təbii bir hal kimi qəbul edilməsi fonunda MH-in xüsusi qərarı ilə Güney Azərbaycanda ilk dəfə olaraq Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi (16.01.1946), bu dildə məktəblər, universitet açılması, həmin dil əsasında fəaliyyət göstərən dram teatrı, filarmoniya, yazıçıların, rəssamların yaradıcılıq birliklərinin və s. yaradılması Quzeydəki mədəni inkişafın bir növ davamı kimi qəbul olunmalıdır. Bu faktı 1945-ci ilin dekabrında Təbrizdəki Şairlər Məclisi adından Səməd Vurğuna göndərilən mənzum dəvətnamənin qızıl hərflərlə yazılmalı olan aşağıdakı parçası çox gözəl əks etdirir:

    Şairlərimiz gəldi dünən böylə qərara,
    Lütf eyləyəsən Təbrizə, Məclis tapa zivər.
    Çünki dilimiz bir, sözümüz bir, elimiz bir,
    Həm bir atadan, bir anadandır iki gövhər7.

    Həmin şeirə cavab olaraq Səməd Vurğun gözlətmədən «Təbrizin Şairlər Məclisinə» adlı şeirini yazıb göndərmişdi.8 Artıq 1946-cı ilin yanvarında Güney Azərbaycana gələn Azərbaycan SSR mədəniyyət işçilərinin böyük bir dəstəsinə Azərbaycanın İranla mədəni əlaqə cəmiyyətinin sədri Səməd Vurğun rəhbərlik edirdi.9
    Bunlarla bərabər, yəni Azərbaycanın iki hissəsinin əlaqələri baxımından hərəkata verilən yüksək qiymətlə yanaşı, onun neqativ cəhətləri də qeyd edilməlidir. Bu sırada göstərilməlidir ki, Quzeydən gələn maarif və mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və başqa sahələr üzrə işçilərin Güneydə mülki-mədəni fəaliyyəti ilə yanaşı, Azərbaycan DTK-nın məsul işçisi Atakişiyevin, Azərbaycan KP MK-nın ideologiya üzrə katibi H.Həsənovun və digərlərinin Təbrizdə olmaları, hadisələrin inkişafına, hərəkat rəhbərləri və məsullarının fəaliyyətinə «göz qoymaları» da həqiqətdir. Milli qoşun dəstələrinin yaradılmasında Qızıl Ordu zabitlərinin təlimçiliyi bəllidir və s və i. a. Bu kimi faktlar əsasında bəzi mütəxəssislər, o cümlədən Moskvanın müəyyən qrup tarixçiləri, bir çox İran müəllifləri və respublikamızının bəzi gəncləri arasında belə bir fikir dolaşır ki, Güneydəki həmin hərəkat Moskvanın göstərişi, Bakının bilavasitə iştirakı ilə həyata keçirilmiş və bu məqsədlə Təbrizə xüsusi təlimatçı şəxslər göndərilmişdi. Həqiqətən də, Moskvanın belə bir niyyəti ola və bunun arxasında Güneyin Quzeyə birləşdirilməsi yolu ilə (Stalinin Rusiyada hələ oktyabr çevrilişindən əvvəl Cənubi Qafqazdakı bu səpkili söhbətlərdən xəbəri var idi) böyük bir ərazinin Sovetlər tərkibinə qatılması planı dura bilərdi və dururdu da.10
    Hərəkat iştirakçılarının verdikləri şifahi məlumatlar, İran kommunistlərinin təşkilatı olan İran Xalq Partiyasının keçmiş rəhbərlərindən E.İsgəndərinin, o dövrkü baş nazir Qəvamüssəltənənin (1946-47) xatirələri, İranda basılmış bəzi tarix kitablarında gətirilən faktlar da bu sarıdan boşluğu müəyyən dərəcədə doldurur. Sayılan mənbələrdən əxz olunan bilgilər əsasında belə qənaətə gəlmək olar ki, yerli sosial-siyasi əsaslarda, lakin Sovet qoşunları İranın quzeyində olduğu bir zamanda baş vermiş 1945-46-cı illər hərəkatına Moskva həqiqətən də müxtəlif kanallarla (Təbrizdəki konsulluq, Tehrandakı Sovet səfirliyi, Sovet-İran Dostluq Cəmiyyəti və onun Azərbaycan filialı, Azərbaycan DTK və başqa orqanlarının Təbrizdəki nümayəndələri və s. vasitəsi ilə) nəzarəti əlində saxlamışdı. İlk dövrdə hərəkatın arxasında duran Sovet tərəfi demokratik qüvvələrə bir çox önəmli yardımlar da etmişdi: MH-in silahlı qüvvələrinin müəyyən gecikdirmə ilə olsa da yaradılmasına kömək etmiş, onu az miqdarda hərbi texnika ilə təmin etmiş, hərbi kadrlar hazırlamaq məqsədilə 200-ə qədər güneyli gənc Quzey Azərbaycana gətirilmiş, Quzeyin maarif-mədəniyyət kadrlarının Güneydə fəaliyyətinə imkan vermişdi və s. İranın baş naziri Qəvamüssəltənə də öz xatirələrində təsdiq edir ki, 1946-cı ilin martında Tehranda (əslində Moskvada) Sovet qoşunlarının İrandan çıxarılmasının ləngidilməsi ilə bağlı (qoşunlar müharibə bitdikdən 6 ay sonra çıxarılmalı idi) onun Sovet rəhbərləri ilə apardığı danışıqlar zamanı Kreml Güney Azərbaycanın muxtarlığının İran dövləti tərəfindən tanınmasını israrla əsas şərtlərdən biri kimi irəli sürmüşdü. Lakin danışıqların sonrakı mərhələsində Moskvanın Azərbaycan məsələsinə münasibəti əsaslı şəkildə dəyişmiş oldu.11 Belə ki, danışıqların sonunda İran nümayəndələrinin şərəfinə keçirdiyi ziyafət məclisində Stalinin Əhməd Qəvamla (Qəvamüssəltənə) ayrılıqda ayaqüstü apardığı söhbətdə12 Qəvamüssəltənənin İranın şimal neftilə bağlı bəzi ümidverici işarələri nəticəsində (İran müəllifləri onu boş yerə «qoca tülkü» adlandırmırlar13) neft məsələsinə önəm verilməsilə Sovet rəhbərlərinin, dəqiq desək, şəxsən Stalinin mövqeyində və belə görünür ki, gələcək planlarında da müəyyən yerdəyişmələr yaranmış oldu. Yəni, ilk növbədə quzey İranın nefti məsələsini həll etmək, o sıradan bağlanılacaq sazişin qarşıda seçkiləri gözlənilən XV İran Məclisində təsdiqinə nail olmaq. Moskvada aparılan danışıqlarda İranın şimal neft yataqlarının Sovetlərə konsessiyaya veriləcəyi barəsində razılığa gəlinmiş və bu, Tehranda imzalanan Sovet-İran sazişində (04.04.1946) şərikli neft şirkəti yaradılması haqqındakı bənddə öz əksini tapmışdı.
    Bunun ardınca 1943-cü il Tehran konfransının qərarına uyğun olaraq Sovet qoşunlarının İrandan çıxarılması may ayında başa (08.05.1946) çatdırılmışdı. Güney Azərbaycan rəhbərlərinə isə təzyiq göstərilmiş, onlar mərkəzi dövlətə güzəştə gedərək hərəkatın bir sıra mühüm nailiyyətlərindən əl çəkməyə, İran qoşunlarının seçkilərə nəzarət adı altında Azərbaycan şəhər və kəndlərinə daxil olmasına müqavimət göstərməməyə və nəhayət ,1946-cı il dekabrın əvvəllərində, Güney Azərbaycanın öz tarixi zəminində baş vermiş bu hərəkatdan müvəqqəti olaraq, yəni seçkilərdən sonra qayıtmaq şərtilə uzaqlaşaraq Sovet İttifaqına mühacirətə vadar edilmişdilər. Dekabrın 14-də (23 Azərdə) İran qoşunlarının Təbrizə daxil olması və hərəkat iştirakçılarına qanlı divan tutması isə məlum həqiqətdir.
    Beləliklə, İran qoşunları tərəfindən qan içərisində boğulan bu hərəkat Stalinin Əhməd Qəvamın hiyləsinə uyaraq onun «səmimiliyi»nə inanması nəticəsində əslində Sovetlər tərəfindən İranın şimal neftinə qurban verilmiş oldu.
    Nəticə etibarı ilə hərəkat iştirakçıları və rəhbərləri öz iradələri əleyhinə iki imperiyanın siyasi səhnədəki şahmat oyununda piyada kimi istifadə edilmiş oldular. Bir cəhət də nəzərdə saxlanılmalıdır ki, həmin siyasi oyunun ibrətli bir sonluğu var: Azərbaycandakı hərəkat yatırıldıqdan sonra İranın XV Məclisi neft haqqında Tehranda hər iki tərəfin imzaladığı müqaviləni təsdiq etmədi. Halbuki, danışıqların Tehranda davam etdirilən mərhələsində hərəkat rəhbərləri, ilk növbədə Qəvamüssəltənəni yaxşı tanıyan Pişəvəri bu nəticəni əvvəlcədən görürdü, lakin onun etdiyi haqlı iradlar Moskvanın rəsmi nümayəndələri tərəfindən mənfi reaksiya ilə qarşılanırdı.14
    Bir daha qeyd edilməlidir ki, Sovet müdaxiləsinə və bununla bağlı bir sıra neqativ hallara baxmayaraq, Güney Azərbaycanın öz sosial-siyasi zəminində yetişmiş 1941-46-cı illər milli-azadlıq və demokratik hərəkatının güneyli-quzeyli bütöv xalqımız üçün əhəmiyyəti ölçüyəgəlməz dərəcədə nəhəng idi. Bunu isə nə xalqlar həbsxanası olan İran dövləti, nə də onu qan tökməyə təhrik edən ABŞ və İngiltərə həzm edə bilirdi. Odur ki, Güneydəki bu möhtəşəm hərəkatın Sovet dövlətinin, şəxsən onun başçısı Stalinin məsuliyyətsizliyi nəticəsində, dünya imperialist sisteminin nəhəng dövlətləri olan ABŞ və Böyük Britaniyanın yardımı ilə İran irtica qüvvələri tərəfindən qəddarcasına yatırılması tək Güneyin deyil, eyni zamanda Quzeyin də, deməli, bütöv Azərbaycanın yeni imperialist dünya düzəni tərəfindən aldığı ilk güclü zərbə idi.
    Sovet dövlətinin başçısı Stalinin məsuliyyətsizliyi ilə bağlı yuxarıdakı ötəri qeydə qayıdaraq aşağıdakıları əlavə etmək, zənnimcə, yersiz olmazdı. Belə ki, Güney Azərbaycanın öz tarixi və milli zəminində yaranmış bu hərəkatın geniş planda inkişafına yaşıl işıq yandırmış, demək olar ki, əslində bunun məsuliyyətini öz üzərinə götürmüş Stalin Sovet dövlətinin başçısı kimi bütün siyasi-diplomatik kanal və imkanlardan istifadə edərək hərəkatı sonadək qorumağa borclu idi. O isə İranın şimal nefti ilə bağlı saziş əldə edildikdən sonra İran dövləti ilə rəsmi münasibətlərin normal hala gətirilməsinə üstünlük verirdi ki, bu da Güneydəki milli qüvvələrin vəziyyətinə və inkişafına kölgə salırdı. Bu cəhətdən Qırmızı Ordunun Güney Azərbaycandan çıxarılması ərəfəsində Moskvada SSRİ Ali Sovetinin toplantısında olmuş Mirzə İbrahimovun Bakıda Həsən Həsənova danışdıqları əsasında İbrahim Novruzovun xatırladığı aşağıdakı dialoq xüsusi maraq kəsb edir: «Bağırov (Stalinə): «İran Azərbaycanı məsələsinin partiyanın Mərkəzi Komitəsi və ya Siyasi Bürosunda müzakirə olunması və lazımi qərar qəbul edilməsi daha yaxşı olardı». Bu təklifdən acığı tutan Stalin ona məxsus amiranəliklə Bağırova demiş: «Yoxsa yoldaş Bağırov Azərbaycanda müstəqil siyasət yürütmək fikrindədir? Mərkəzi Komitə nəçidir? Siyasi Büro nədir? Bunların hamısı mən özüməm. Dediklərim icra olunmalıdır!»15
    Bu dialoqdan da göründüyü kimi, Bağırov Güney Azərbaycan məsələsinə ürəkdən səy göstərdiyi halda (burada nəzərə alınmalıdır ki, Azərbaycanın vahidliyi məsələsi arxa planda Bağırov üçün, əlbəttə, mühüm və həlledici problem kimi öz aktuallığını saxlamaqda idi), Stalin artıq İranla münasibətlərin düzəlməsinə, ilk növbədə şimal nefti məsələsinin həllinə çalışırdı. İbrahim Novruzovun xatırlamasında bizim üçün heç də az əhəmiyyəti olmayan daha bir cəhət də var. Belə ki, Həsən Həsənovun dediyinə görə, Təbrizə gəlmiş Mirzə İbrahimov Kremldəki həmin söhbətlə əlaqədar Pişəvəri ilə danışdıqda, o (Pişəvəri) qəti surətdə təəccüblənmədən demişdi: «Mən ki, demişdim: ruslara inamım yoxdur» 16.
    O ki qaldı hərəkat məğlubiyyətə uğradıldıqdan sonra demək olar ki, zor gücünə Sovet İttifaqına (Azərbaycan SSR-ə) gətirilən və burada yaşadığı yeddi ay ərzində yeganə «günahı» daima İrana qayıtmaq və mübarizəni davam etdirmək olan S.C.Pişəvərinin 1947-ci il iyul ayının 11-də Yevlax yaxınlığında avtomobil qəzasına düşüb həmin ayın 12-də dünyasını dəyişməsinə, bu müəmmalı ölümün təşkili də bütöv Azərbaycan xalqına qarşı yönəlmiş son dərəcə ağır xəyanət və əvəzi ödənilməyən bir itki idi.
    Lakin Pişəvərinin ölümü (və ya öldürülməsi) faktı hələ də ara-sıra tam sübuta yetirilməmiş «müəmmalı» bir yol-qəza hadisəsi kimi xatırlanmaqda davam edir. Halbuki məsələnin heç də az diqqət çəkməyən, təkidlə öz cavabını gözləyən bir sualı açıq qalmaqdadır: əgər bəhs edilən ölüm hadisəsi qəsd idisə və sifarişlə həyata keçirilmişdisə, bəs onun sifarişçisi, bilavasitə təşkilatçısı və icraçısı kim, daha doğrusu, kimlər idi?! Bir şey aydındır ki, Sovet təhlükəsizlik orqanları belə «günahları» (vətənə dönmək arzusunu) öz vətəndaşları kimi, xarici siyasi xadimlərə də, bir qayda olaraq, bağışlamırdılar17 və buna görə İran müəllifi Vəkilinin bu ölümlə bağlı gəldiyi nəticə heç də əsassız görünmür. O yazır: «Pişəvərinin dikbaşlığından incik və narazı olan ruslar… onu öldürməyi qərara aldılar… Qəzadan sonra xəstəxanada ona iynə vurub öldürdülər».18
    Bu yazı məsələyə az da olsa aydınlıq gətirsə də, bütün bu illər ərzində bəhs edilən ölüm hadisəsi açılmamış qalmaqda və bir çox suallar öz cavabını gözləməkdədir. Xarici ölkələrin bir çox hallarda gizli şəkildə Sovet İttifaqına gətirilən, sovet xarici siyasəti ilə bağlı sirləri bildiklərinə görə İ.Stalin üçün arzuolunmaz canlı şahid olan siyasi xadimlərindən bəzilərinin israrla öz vətənlərinə dönmək arzu və təşəbbüslərinin həmin şəxslər üçün son dərəcə acınacaqlı sonluqla bitdiyini nəzərə alsaq, çox təkid və qətiyyətlə gizli də olsa, İrana qayıtmağa hazırlaşan Pişəvərinin19 ölümünün sifarişçisinin şəxsən İ.Stalinin göstərişi ilə DTK olduğunu zənn edə bilərik. Pişəvərinin ölümündən sonra Moskvadan SSRİ DTK-sının əməkdaşlarından ibarət xüsusi komissiya heyətinin gəlməsi faktı da diqqəti çəkir. Lakin təəssüf ki, komissiyanın fəaliyyəti və gəldiyi nəticə haqqında hər hansı bir yazılı məlumat əldə edə bilmədik.
    Məlumat sorağı ilə Bağırovun 1956-cı ildə keçirilmiş məhkəməsinin çap olunmuş materiallarına müraciət etdik. Təəssüf ki, bunlar içərisində bizi maraqlandıran yeganə sənəd qəza baş verdiyi zaman Dövlət Təhlükəsizlik Komitəsinin Yevlax rayon şöbəsinin müdiri Salayev Lətif Səməd oğlunun bu hadisə ilə bağlı şahid sifəti ilə təqdim etdiyi materialdır.20 Bu yazı yeganə sənəd kimi bizim üçün son dərəcə qiymətlidir.
    Hər şeydən əvvəl qeyd edilməlidir ki, bu məlumatın istintaq materiallarına daxil edilməsinin özü həmin qəza hadisəsinin Bağırovun məhkəməsi gedişində xüsusi müzakirə və sorğu obyektinə çevrilməsini göstərir. Lakin Bağırovun məhkəməsinin protokolları ilə tanışlıq mümkün olmadığından21 Lətif Salayevin məlumatında verilən aşağıdakı bir sıra dəyərli faktlar həqiqəti üzə çıxarmağa müəyyən dərəcədə yardım etdiyindən bunlardan maksimum faydalanmağa çalışdıq.
    L.Salayev qəza haqqında xəbəri alan kimi Pişəvərinin, onunla birlikdə qəzaya uğramış general Qulam Yəhyanın və Azərbaycan DTK-sının əməkdaşı Nuri Quliyevin yerləşdirildiyi rayon xəstəxanasına gəlmişdi. Pişəvəri ona vəziyyəti danışdıqdan sonra bir neçə dəfə «xəyanət» sözünü təkrar edərək özünün qəza ilə bağlı şübhələrini danışmış və bildirmişdi: «Mən 11 il İranda təkadamlıq kamerada qaldım, Rza şah və Qəvamüssəltənə məni məhv edə bilmədi. İndisə, nəhayət, onlar öz niyyətlərinə çatdılar»22.
    L.Salayev S.C.Pişəvərinin şübhələrini və bir neçə digər faktı – mindikləri maşının hansı səbəbdənsə onun - Pişəvərinin öz maşını deyil, general Q.Yəhyanın maşını olmasını, adətinin əksinə olaraq, bu dəfə onun qabaqda – sürücünün yanında oturdulmasını, heç bir zərurət yox ikən gecə vaxtı yola çıxmalarını, maşının ehtiyac olmadan yüksək sürətlə idarə edilməsini, ən başlıcası, erməni sürücünün - qəza hadisəsindən xeyli əvvəl Bakıya gəlmiş və ya gətirilmiş Melixyanın İrandakı daşnakların liderinin oğlu və xarici kəşfiyyatla bağlılığının müəyyən edilmiş olmasını, bir sutka hələ həyatda ikən, Bakıda olan cərrah qardaşının və Gəncədəki oğlunun gətirilməsi haqqında iki xahişinə əməl edilməməsini (Pişəvəri onlara öz şübhələrini danışa bilərdi!) və s. nəzərə alaraq hadisənin adi avtomobil qəzası deyil, əvvəlcədən hazırlanmış qəsd olduğu nəticəsinə gəlir. O yazırdı: «Mən belə hesab edirəm ki, həmin qəza təsadüf olmayıb, Pişəvərini qətlə yetirmək məqsədi ilə təşkil edilmişdi»23.
    L.Salayevin danılmaz faktlardan çıxış edərək gəldiyi məntiqi nəticəni təkzibə heç bir əsas olmadığından bununla razılaşmaq və həyatının son anlarında Pişəvəriyə oğlunu görməyə ona imkan verilməməsini dəhşətli bir qəddarlıq, heç bir bəraəti olmayan ağır cinayət kimi qiymətləndirmək gərəkdir. Burada daha bir mühüm əlavə də etmək yerinə düşər: S.C.Pişəvərini bu məşum hadisədən az əvvəl – onun həyatının son günlərinin birində görmüş şair Əli Tudə mühüm bir məqama toxunur: «Eşitmişəm fədailərimiz meşələrdə hərbi təlim keçir, gələcək döyüşlərə hazırlaşır, doğrudurmu?» - deyə, mən maraqla Pişəvəridən soruşdum. Pişəvəri mənalı-mənalı: «Bəli! - dedi, - siz şairlər də qadir fədailərimizi gələcək qələbəyə apara biləcək ümid dolu şeirlər yazmalısınız. Unutmamalısınız ki, ümid qələbə yolunda yanan çıraqdır!»… Bir gün dəhşətli bir xəbər o taydan bu taya keçmiş bütün siyasi mühacirləri sarsıtdı. Dedilər ki, Pişəvəri meşələrdə hərbi təlim keçən fədailərə baş çəkməyə gedərkən, yolda maşını qəzaya uğrayıb. Xəsarət alanları xəstəxanaya aparıblar... Pişəvərinin bədənində cərrahiyyə əməliyyatı aparılmalı imiş. O təkidlə ətrafındakı adamlara deyir ki, mənim qardaşım həkimdir, özü də Bakıda yaşayır, çağırın gəlsin. Mənim bədənimdə aparılacaq cərrahiyyə əməliyyatında iştirak etsin. Ancaq Pişəvərinin qardaşını onun yanına buraxmırlar (ayırma mənimdir – Ş.T.). Danışırdılar ki, Pİşəvəri son nəfəsdə: «Qəvamın evi yıxılsın» - deyib gözlərini yumubdur»24.
    Əli Tudənin xatırlamasındakı bu fakt da çox önəmlidir: «…S.C.Pişəvərini nədənsə Buzovna qəsəbəsində ayrıca bir yerdə dəfn etdik… Mən mənzilə qayıtdım… radionu açdım… Elə bu zaman London radiosunun diktoru fars dilində kinayə ilə: «Cənubi Azərbaycan kommunistlərinin rəhbəri Pişəvəri öldürüldü» (ayırma mənimdir - Ş. T.) - dedi»25.
    Sovet DTK-sı bu xəbəri gizli saxlamağa çalışsa da26, hadisədən iki gün sonra Tehran radiosu da bu xəbəri yaydı.27
    Pişəvərinin aradan aparılması göstərişinin Stalin tərəfindən verilməsi məsələsinə qayıdaraq, bir daha qeyd etmək zəruridir ki, həqiqətən də o vaxtın mütləq diktatura hakimiyyət strukturu şəraitində belə bir göstərişi yalnız Stalin verə bilərdi. İbrahim Novruzovun xatirələrində qeyd olunan və Stalinin M.C.Bağırova dediyi ehtimal edilən «Mərkəzi Komitə nəçidir, siyasi büro nədir? Bunların hamısı özüməm» sözləri də diktatorun həmin mövqeini aydın göstərirdi.28 Bu səbəbdən də Azərbaycan KP MK-dakı bir toplantıda Bağırovla Pişəvəri arasında baş vermiş mübahisəyə görə təbiətən son dərəcə kinli hesab edilən Bağırovun Pişəvərinin ölümündə günahkar olması ehtimalı ilə razılaşmaq çətin və qəbuledilməzdir. Hərçənd ki, bəzi yazılarda bu məsələlər xüsusi vurğulanır.29 Bu ehtimal ağlasığan da deyil. Hər şeydən əvvəl ona görə ki, ən xırda məsələ ilə bağlı belə Stalini məlumatlandıran Bağırov Pişəvərinin həyatı üçün Stalinin qarşısında cavabdeh idi və aydındır ki, o özü həmin şəxs barəsində hər hansı bir qəsd haqqında göstəriş verə də bilməzdi. Bu da məlumdur ki, Bağırovun məhkəməsində iştirak etmiş şəxsin dediklərinə əsaslanaraq verilmiş bir məlumatda M.C.Bağırov Pişəvərinin öldürülməsi ilə əlaqədar ona qarşı irəli sürülmüş ittihamı rədd edərək, bu qəsdin Moskvanın göstərişi ilə həyata keçirilməsini təsdiq etmişdir.30 Həmin sözlərində Bağırov qəsdin şəxsən kimin tərəfindən hazırlanmasına toxunmasa da, yuxarıda məlumatına əsaslandığımız Lətif Salayevin bəzi təsvirlərindən (Yemelyanovun özünü çox əsəbi və şübhəli aparması, eləcə də respublikanın ağası kimi davranması və s.) bu işin icrasının məsulu və təşkilatçısının Azərbaycan DTK-nın sədri Yemelyanovun olması qənaətinə gəlmək mümkündür. Bu isə yalnız Moskvanın göstərişi ilə ola bilərdi.
    Bununla bərabər fikirləşmək olar ki, Pişəvəriyə qəsd edilməsində Bağırovun günahlandırılması versiyası, yuxarıda ötəri qeyd etdiyimiz kimi, Moskvanı da tam qane edirdi, çünki bu, əsl müqəssir Stalinin kölgədə qalmasına yardım edirdi. Burada xatırlamaq yerinə düşər ki, öz araşdırmasında çox maraqlı müşahidələr aparmış t.e.d., prof. E.R.İsmayılov Bağırovun 1956-cı ildə mühakiməsinə və onun güllələnməyə məhkum edilməsinə nəticə vuraraq təqribən bu qənaətə gəlir ki, Sovet hakimiyyətinin Stalin dövrünün Azərbaycandakı bütün cinayət və ədalətsizliklərin Bağırovun üzərinə yıxılması əsas məsələlərin izahını asanlaşdırırdı.31 Pişəvərinin öldürülməsinin günahını Bağırovun ayağına yazmağın da həmin siyasətin məntiqindən doğduğunu deyə bilərik.
    Burada açıq qalan bir məsələ də var, o da Gəncə şəhəri yaxınlığında (deyilənə görə, Hacıkənddə) meşələrdə İrana yollanmaq ehtimalı ilə hərbi təlimlər keçən güneyli fədailər problemi ilə bağlıdır. Əsas suallar isə təbii olaraq, bu təlimlərin kimlər tərəfindən istiqamətləndirilməsinə, başlıcası isə, bunlardan Bağırov və onun vasitəsilə Stalinin nə dərəcədə məlumatlı olmasına aiddir. Bu suallar indiyədək tədqiqatçılar üçün açıq qalmaqdadır. Məlum olan faciəvi sonluq isə budur ki, Pişəvəriyə edilən qəsddən sonra Hacıkənddə olan və Güneyə, orada mübarizə aparmağa can atan həmin fədailər içərisində «İrana dönmək istəyirsinizmi?» sualı ilə sorğu aparılmış, suala «hə» cavabı vermiş min nəfər fədai buradaca dərhal məhv edilmiş – güllələnmiş, qalan üç yüz nəfər isə yük vaqonlarına doldurularaq Qazaxıstana sürgünə edilmişdi.
    Stalinin Pişəvəri haqqında göstərilən qəti qərarına daha bir mühüm cəhət səbəb ola bilərdi. Bu da İranla ölkənin şimal neft yataqlarına dair bağlanmış qarşılıqlı neft konsessiyası şirkəti haqqında müqavilənin İran dövləti tərəfindən rəsmiləşdirilməsi məsələsi idi. Belə ki, həmin ilin iyulunda açılmalı olan XV Məclisdə göstərilən müqavilənin təsdiqi gözlənilirdi. (Hər halda, Stalin bunu inamla gözləyirdi, Stalini aldatmış Qəvamüssəltənə isə özünün planlaşdırdığı əks nəticəyə – müqavilənin təsdiq edilməyəcəyinə əmin idi). Çox ehtimal ki, Pişəvərinin öz fədailəri ilə İrana qayıtması neft məsələsinə görə də Stalin üçün son dərəcə arzuolunmaz idi. Deməli, bu fakt da «sözə baxmayan» Pişəvərinin siyasi cəhətdən kənarlaşdırılmasına verilən göstəriş üçün əsaslardan biri ola bilərdi. Lakin məsələnin acınacaqlı və ibrətamiz cəhətlərindən biri də bu idi ki, Pişəvərinin ölümündən cəmi bir neçə gün sonra - 1947-ci il iyulun 17-də işə başlamış həmin Məclis noyabr ayının ilk günlərindəki iclasında haqqında danışılan müqavilənin müzakirəsini keçirmiş və Qəvamın planlaşdırdığı kimi (eləcə də onu yaxşı tanıyanların gözlədiyi kimi) bağlaşmanı rədd etmişdi.32
    Beləliklə, bütün deyilənlərin cəmində Seyid Cəfər Pişəvəriyə qarşı qəsd qərarının məhz İosif Stalin tərəfindən verildiyi ehtimalı üzərində dayanaraq və təkrar olsa da, bir daha deyirik ki, bu məsuliyyətsiz hökmü Pişəvəri kimi tanınmış siyasi xadim haqqında yalnız Stalin verə bilərdi.
    1941-1945-ci illərdə Qırmızı Ordu sıralarında batalyon baş komissarı kimi Güney Azərbaycanın Urmiya şəhərində olmuş İmam Mustafayev 1988-ci ildəki qəzet müsahibəsində Güneydə Milli Hökumətin həyata keçirdiyi tədbirlərin miqyasını xatırlayır. O deyir: «Cənubi Azərbaycan əhalisi Pişəvərinin MH-nin 1945-ci ilin sonlarından etibarən yaratdığı xeyirxah dəyişiklikləri hələ də xatırlayır. Bizim qoşunların Təbrizdən gözlənilməz çıxması inqilabi hökumətə münasibətdə xəyanət idi. Biz silahsız qardaşlarımızı İran irticasının özbaşınalığı ilə üzbəüz qoyduq. Bu qaçmağın rüsvayçılığı Stalinin, Beriyanın və onların ən yaxın əhatəsinin üzərinə düşür. Cənubi Azərbaycan inqilabçılarının nəsibi olmuş bəlaların miqyasından xalq hələ kifayət qədər xəbərdar deyil»33.
    Hadisələrdən məlumatlı olan İ.Mustafayevin bu mülahizələrindən çıxış edərək əlavə etmək gərəkdir ki, Moskvada Sovet rəhbərliyindəki erməni (Anastas Mikoyan) və ermənipərəst (Lavrentiy Beriya və digərləri) qüvvələrin Stalini Pişəvəriyə qarşı təhrik edə bilmələri faktoru da nəzərə alınmalıdır. Və bu faktor bəhs etdiyimiz sui-qəsdin tezləşdirilməsi və reallaşdırılmasında öz mənfur rolunu oynamamış deyildi və Sovet rəhbərliyində olan antiazərbaycan və antitürk qüvvələr bölünmüş xalq taleyini yaşayan Azərbaycan xalqının bütövləşməsi məsələsinə bundan sonra da mütəmadi olaraq düşmən mövqe tutmaqda davam etmişlər.
    Bu baxımdan 1954-1958-ci illlərdə AKP MK-nın birinci katibi olmuş İ. Mustafayevin 1988-ci ildə «Vışka» qəzeti müxbirinə Güneylə bağlı verdiyi müsahibəsində daha bir neçə maraqlı cəhət var. Maraqlı cəhətlərdən biri budur ki, o, müxbirin sualına cavabda özünün MK-nın birinci katibi olduğu beşillik dövrdə «həll etdiyi ən mühüm məsələlər» içərisində birinci yerin məhz «Azərbaycanın birləşdirilməsi» probleminin tutduğunu söyləyir. İ.Mustafayevin müxbirə danışdıqlarından bəlli olur ki, o, bu « problemin həllinə gedən yolu məğlubiyyətdən sonra İranda gizli fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasına və onun Azərbaycan SSR-də mühacirətdə olan MK-sına köməyi gücləndirməkdə görürdü».34
    Lakin İ.D.Mustafayevin Güney Azərbaycandan olan inqilabçılara daha əsaslı kömək etmək təklif və təşəbbüsləri «yuxarılarda» rəğbətlə qarşılanmırdı, hələ üstəlik Sov.İKP XXI qurultayında (27.01- 05. 02. 1959 ) İmam Mustafayev ADP MK-nın qurultayda iştirak edən katibinin35 də müvafiq rəsmi səviyyədə qarşılanmasına nail olmağa çalışdıqda, Suslov buna qəti və sərt şəkildə mane olaraq demişdi: «Bizdə İran Xalq Partiyasının nümayəndəsi var və bu bəsdir» («basta»!).36 «Vışka» müxbirinin yazdığı kimi İ. Mustafayev o zaman belə nəticəyə gəlmişdi: «Hələ vaxtı deyil».37
    Az sonra Moskvadakı həmin antiazərbaycan əhval ADP-nin az qala tamam ləğvinə səbəb olmuşdu. Belə ki, 1959-cu ildə Sov.İKP MK o dövrdə İttifaqda mühacirət həyatı yaşayan ADP-nin eyni vəziyyətdə olan İran Xalq Partiyasına (Tudə) birləşdirilməsi haqda qərar qəbul etmişdi. Lakin ADP-nin birinci katibi Mirqasım Çeşmazərin38 Moskvada Sovet partiya rəhbərləri Ponamaryov və Suslovla görüşdə bu qərara sərt və qəti surətdə etiraz bildirməsi məlumdur. Başlıcası isə ADP-nin Tudə ilə birlikdə Bakıdakı həmin məsələyə həsr edilmiş konfransında güclü əks mövqe göstərilməsi nəticəsində birləşdirilmə haqqında qərar az güzəştlə - ADP-nin adı saxlanılmaqla qəbul edildi: «İXP-nin Azərbaycan təşkilatı - ADP».
    1945-46-cı illərdə Güneydəki hərəkat timsalında tarixin xalqımıza verdiyi hadisələrin şirinli-acılı dərsləri də var. Bunlarsız hərəkatın mübarizə tariximizdə əhəmiyyətini tam və düzgün müəyyən etmək mümkün olmaz. Onlardan ən mühümləri hansılardır?
    Ən mühüm dərs bundan ibarətdir ki, heç vəchlə, heç bir vaxt, heç bir mühüm məsələnin həllində (elə qondarma Qarabağ probleminin özündə olduğu kimi) Moskvaya tam arxalanmaq olmaz. Moskva istər Güney, istərsə də Quzey Azərbaycandakı hərəkatın arxasında durmuş olsa belə, əks tərəf ona yağlı bir tikə göstərdikdə, hərəkatı qurban verə də bilər. Eləcə də Tehrana heç bir güzəştə getmək olmaz (xüsusilə, Moskva bunda təkid edərsə). Bu baxımdan 21 Azər hərəkatı gedişində, iyun ayının 13-də Təbrizdə mərkəzin nümayəndələri ilə baglanan müqaviləyə Zəncanın Milli Hökumətin tabeliyindən çıxarılaraq İrana verilməsinin daxil edilməsi, az sonra Güney Azərbaycana guya ki, Məclis seçkilərinə nəzarət üçün gələn İran qoşun hissələrinə yenə də Moskvanın təkidilə demək olar ki, müqavimət göstərilməməsi xalqımıza fəlakətlər gətirmiş kobud səhvlər idi. Bu səhvləri yalnız Quzeydə 1920-ci ilin dekabrında Zəngəzurun Ermənistana verilməsi, ardınca DQMV-in yaradılması kimi yanlış qərarlar ilə müqayisə etmək olar. Nəticədə Güneydə xalq on minlərlə qurban verdi, minlərlə insan sürgünə göndərildi, on minlərlə mühacirətə getdi. Bu qurbanları 1920-ci il aprelin 27-də ac-yalavac XI Qırmızı Ordunun komanda heyətinin Azərbaycan Demokratik Cümhuriyyəti nümayəndələri ilə Yalamada bağladıqları müqaviləni pozaraq Quzeydə törətdikləri qırğınlarla da müqayisə edə bilərik. Elə ən son faciələrdən biri – 20 Yanvar ərəfəsində Moskvanın Girenko, Primakov və başqaları kimi rəsmi nümayəndələrinin Sovet ordusunun Bakıya daxil edilməyəcəyi haqda Bakı və bütövlükdə, respublika ictimaiyyətinə verdiyi yalançı vədləri də eyni qəbildəndir.
    Təkzibedilməz faktların təkcə səthi tutuşdurulması ilə üzə çıxan bu tarixi eyniliklər indi bizi xüsusi sayıqlığa çağırır. Tarix, o sıradan Güneydə 1945-46-cı illər hərəkatı və son yüzillik ərzində Quzeydə biri digərinin ardınca törədilən faciələr, alovunun sönməsinə imkan verilməyən Qarabağ «problemi» göstərir ki, Azərbaycan xalqı bir daha nə Moskvaya, nə Tehrana, nə də onların hər ikisinin yalançı vədlərinə inana bilməz və inanmağa haqqı da yoxdur!
    Hərəkatdan çıxan ikinci mühüm nəticə, zənnimcə, bundan ibarətdir ki, Azərbaycan xalqı öz taleyüklü məsələlərini həll etdikdə quzeyli-güneyli bütün xalqın birliyinə arxalanmalıdır və nəzərə almalıdır ki, yalnız belə olduqda o, böyük nəticələr əldə edə və qarşıdakı ən böyük amala nail ola bilər.

    ƏDƏBİYYAT:

    1. Bu xatirələri ilk dəfə olaraq Həmid Mollazadə bəzi ixtisarlarla özünün 1997-ci ildə Təbrizdə fars dilində nəşr etdirdiyi «Möhürlənmiş sirlər: Azərbaycan hadisələrinin açılmamış səhifələri» adlı kitabına daxil etmişdir. (bax: Həmid Mollazadə. Razhaye-sər be mohr. Nəqoftehaye-vəqayeye-Azərbaycan. Təbriz, 1376)
    2. Yenə orada, səh.20
    3. Djamilğ Qasanlı. Öjnıy Azerbaydjan: naçalo xolodnoy voynı, Baku, 2003, str.173-174.
    4. Yenə orada, səh.74-75
    5. «Araz» dərgisi, 1996, №1, səh.32
    6. «Araz» dərgisi,№1, 1996, s.40
    7. «Vətən yolunda» qəzeti, 16.12.1945
    8. C.M.Vəkilov. «Azərbaycan Respublikası və İran: 40-cı illər». Bakı, 1991, səh.81
    9. Cəmil Həsənli. Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan. 1945-1946, Bakı, 1999, s. 74.
    10. Bəzi güneyşünas tarixçilərimiz tərəfindən hələ də mübahisəli hesab edilən həmin mövzu ilə bağlı bu sətirlərin müəllifinin qənaəti haqqında bax: Ş.Ə.Tağıyeva. «Bölünmüş xalqlar» problemi, Stalin və vahid Azərbaycan məsələsi, «Azadlıq» qəzeti, 11 və 13 iyul 1996. Yenə onun: Azərbaycanın Güneyi Stalinin istilaçılıq planlarında – «Dünya azərbaycanlıları», B., 2003, № 1-2 (3), s. 74-79.
    11. Ətraflı bax: Qozəşte çerağe-rahe-ayənde əst.
    12. Yenə orada.
    13. Həmid Mollazadə, səh.44
    14. Yenə orada.
    15. Yenə orada, s.38.
    16. Yenə orada, s. 39.
    17. Nümunələr üçüın bax: yenə orada, səh. 74.
    18. Əbülfəz Vəkili. Qafqaziyye və mocahedine-İran. Tehran, 1346, səh.165
    19. Həmin günlərdə Pişəvərinin tam ciddiyyətlə İrana (Güneyə) getməyə hazırlaşmasının təsdiqini onun bacısının xatirələrindən də görürük. Bax: «21 Azər» dərgisi, №7 (xüsusi buraxılış), səh.7-8
    20. M.C.Bağırovun məhkəməsi. Bakı, 1993, səh.97-101.
    21. Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivinin müdiri Ataxan Paşayevin verdiyi şifahi məlumata görə, məhkəmənin materialları məhkəmə bitdikdən dərhal sonra Moskvaya aparılıb. Bu məlumatları professor Jəmil Həsənli də oradan ala bilməyib və bunların taleyi hələ ki məlum deyil. Tədqiqatçı i.e.n. Ə.Rəhimlinin «Olaylar» qəzetinə verdiyi müsahibədə bu «materialların yox edilməsi (Moskvaya aparılması) və istintaq aparan azərbaycanlı müstəntiqin Moskvada qəflətən müəmmalı ölümü» qeyd edilir (Bax: «Olaylar» qəzeti, 26.08.2004). Bu fakt da Pİşəvərinin ölümünün Moskvanın əli ilə təşkil olunmasına tutarlı bir fakt-işarədir.
    22. M.C.Bağırovun məhkəməsi, səh.98
    23. M.C.Bağırovun məhkəməsi, səh. 99.
    24. «Ağ ləkə»lər silinir. Bakı, 1991, səh. 134-135
    25.Yenə orada, səh.136
    26. M.C.Bağırovun məhkəməsi, səh. 100
    27. Həmid Mollazadə. Göstərilən əsəri, s.75.
    28. Yenə orada, s. 38.
    29.«Ağ ləkə»lər silinir, səh. 135-136
    30. Doktor Məhəmmədəli Fərzanə. Seyid Cəfər Pişəvərinin müəmmalı ölümü – «21 Azər tariximizdən bir yarpaq», ərəb qrafikası ilə, səh. 2 (Toplunun yeri və ili göstərilmir).
    31. Glğdar İsmailov. Vlastğ i narod. Baku, 2003, str. 338
    32. Bax: Qozəşte…, səh. 505-511; Mehrdad Azəri, səh..94
    33. «Vışka» qəzeti, 03.11.1988
    34. Yenə orada.
    35. Həmin illdə ADP MK-nın katibi Mirqasım Çeşmazər idi.
    36. «Vışka» qəzeti, 03.11.1988
    37. Yenə orada
    38. Burada yeri gəldiyi üçün 15 il AMEA-nın Şərqşünaslıq İnstitutunda eyni şöbədə («Cənubi Azərbaycan Tarixi» şöbəsi) işlədiyim və yaxşı tanıdığım Mirqasım Çeşmazər haqqında aşağıdakıları yazmağı özümə borc sandım.
    Mirqasım Çeşmazər Təbrizdə Milli Hökumət dövründə açılmış radionu ilk səsləndirən və bir il müddətində onun direktoru kimi işləmiş şəxs, eyni zamanda Seyid Cəfər Pişəvərinin köməkçisi olmuşdur. Tarix elmləri namizədi M. Çeşmazər son dərəcə prinsipli, Bakıda 1956-60-cı illərdə ADP MK-nın birinci katibi olduğu zaman və sonralar da çox sadə həyat tərzi sürən, ADP və Pişəvərinin adının təmizliyini həmişə hər şeydən üstün tutan, bu cəhətdən ən yüksək məqamlarla da baş-başa gəlməkdən çəkinməyən bir şəxs idi. Bu baxımdan onun yuxarıda yad edilən Sov. İKP MK-nın qərarı ilə – ADP-nin İXP-yə birləşdirilməsi məsələsi ilə əlaqədar Sov. İKP MK katibləri Ponamaryov və Suslovla heç də sıcaq olmayan görüşü gözəl nümunədir.
    M. Çeşmazər ADP-nin yaranması və fəaliyyəti haqqında monoqrafiyanın, Pişəvəriyə həsr edilmiş, eləcə də Güneydəki bəhs olunan hərəkatla bağlı bir sıra elmi və publisistik məqalələrin müəllifidir.
    Hərəkata və onun rəhbəri S.C. Pişəvəriyə sadiq olan bu şəxsin ömrünün son illərində yazdığı «Xatirələr»inin nəşri hər şeydən əvvəl «21 Azər» hərəkatı və eləcə də Pişəvəri şəxsiyyəti ilə bağlı mötəbər bir mənbə kimi çox dəyərli olardı. Nəzərə çatdırmalıyıq ki, bu xatirələr Pişəvərini «bizim öndərimiz» - deyə yad edən İrandakı mübariz Azərbaycan-türk gəncliyi üçün də qiymətli töhfə olardı.
    |

  6. The Following 4 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    azarbayjan (Tuesday 13 December 2011-1), Azerbaycan_Qizi (Tuesday 13 December 2011-1), Bobi (Monday 12 December 2011-1), memmed (Monday 12 December 2011-1)

  7. #4
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,932
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    PİŞƏVƏRİNİN TƏBRİZ RADİOSU VASİTƏSİLƏ NİTQİ

    Əziz həmvətənlər, möhtərəm azadixahlar! Tehranda aparılan danışıqların nəticəsini oradan müraciət etdikdə müfəssəl surətdə sizin nəzərinizə yetirmişdim. O gündən indi 35 gün keçir. Bu müddətdə Tehran mühitində zahiri də olsa nəzəri cəlb etməyə bilməyən çoxlu təbəddülat vücuda gəlmiş, ağayi Qəvames-səltənə namına intşiar verilən müxtəlif bəyaniyyələr vasitəsi ilə irticai ünsürlərə qarşı şədid mübarizə elan edilmişdir.
    Beləliklə, fasid və zərərli ünsürlərin meydan fəaliyyətini müvəqqəti də olsa məhdud edən dövlət rəisi Azərbaycan xalqının başladığı böyük islahat nəqşələrindən ən əsaslısı olan torpaq məsələsini kəndli və zəhmətkeşlər xeyrinə irəli çəkməklə bizim mühitimizdə dərin təsir icad etdiyi üçün yeni danışıqların bir daha səmimanə bir suratdə başlanıb daha tez bir zamanda müsbət nəticə ilə qurtarmasına imkan vermişdir.
    Yuxarıda işarə etdiyim danışıqlarımdan izhar etdiyim cümlələri məxsusən təkrar edirəm:
    «Dəva hamısı Molla Nəsrəddinin yorğanı, yəni kəndlinin aldığı torpaq üstündədir, xalisə yerlərinin dehqan və əkinçi arasında bölünməsini qanuni-əsasi qadağan etməmişdir. Azərbaycaq kəndlisi öz iradəsi ilə bu yerləri bölmüşdür. Dövlət isə bütün İranı Azərbaycan ilə həmrəng etmək üçün bu işi bütün əyalət və vilayətlərdə əməli etməlidir».
    Bu cümlələr aydın bir surətdə göstərir ki, o vaxt bizim fikrimizi işğal edib sui-zənnimzə səbəb olan ən mühüm məsələ haman kənd va torpaq məsələsi imiş. Bu gün etiraf etmək lazımdır ki, bu böyük və bu əsaslı məsələnin həlli üçün ağayi Qəvames-səltənə çox ciddi bir qədəm götürməyə məcbur olmuşdur. Bu vasitə ilə arada olan fasilə azalmağa başlamış, ortada ciddi bir hüsn-təfahüm zəminəsi təhiyyə edilmişdir. Əgər dövlət tərəfindən edilən ayrı güzəştlər olmasaydı belə, yenə biz bu böyük işin xatirəsinə ürəyimizi sıxıb fikrimizi narahat edən sui-zənni mühitimizdən uzaqlaşdırmalı idik. Birinci qədəmi cürət ilə götürməyə müvəffəq olan dövlət rəisi ikinci böyük qədəm ilə onu daha da möhkəmləndirməyə müvəffəq oldu. O isə bizim dilimizə olan ehtiram və onun təkamülü üçün meydana sürdüyümüz təqazanın qəbulu idi.
    Ağayi Qəvames-səltənə ömründə heç bir iş görməmiş olsa belə, bu bir iş ona nisbət Azərbaycan xalqının qəlbində ehtiram hissi tovlid edəcək...
    Doğrudur xalqımız, fədailərimiz, qəhrəman firqəmiz bu haqqı özünün möhkəm iradəsi və təzəlzülnapəzir imanı, xəta etməyən silahı vasitəsi ilə təhsil etmişdir...
    Hamınız çox gözəl bilirsiniz ki, azərbaycanlılar üçün dil məsələsi həyat və məmat məsələsidir. Lakin iranlılığı farslığa qarışdıran cahillər bunu düşünmək istəməyib azərbaycanlıların qəlbini dillərinin zəhərli xəncəri ilə məcruh etməyə çalışmış və çalışırlar. Biz hələ unutmamışıq ki, doqquz ay bundan əvvəl elamiyyəmizdə dil azadlığı barədə meydana sürdüyümüz şüar münasibəti ilə bu axmaq mütəəssiblər nə əndazədə hay-huy salmış və nə adlar ilə bizi töhmətləndirib meydandan çıxarmağa can atmaqda idilər.
    Bu gün başımızı uça tutub iftixar ilə deyə bilərik, xalqımızın möhkəm iman və sarsılmaz iradəsi sayəsində, o tilsimi sındırıb, dilimizin nə tək ibtidai mədrəsələrdə, bəlkə orta və ali elmi ocaqlarda belə rəsmi olaraq tədrisinə yol açmışıq və idarələrimizdə dövlət dili olan fars dili ilə ana dilimizin yanaşı işlədilməsinə rəsmiyyət verməyə müvəffəq olmuşuq. Əlbəttə, bu böyük işin iftixarı əsasən firqəmizə və xalqımıza aiddir...
    Üçüncü böyük müvəffəqiyyətimiz Azərbaycanda dövlət məmurlarının öz tərəfimizdən intixab edilməsidir. Bu yolda xalqımız uzun müddət mübarizə etmişdir.
    Şəhərlərimizin xərabəzar halda qalması, el və xalqımızın fərhəng və behdaşt və sadə yaşayış vəsailindən məhrumiyyəti qətən bu səbəbdəndir ki, Tehrandan gələn məmurların bizə ürəyi yanmayıb, fəqət ciblərini doldurub geri qayıtmaq məqsədləri olmuşdur. Bundan sonra bu namətlub rəsm qəti surətdə ortadan gedəcək. Xalqımız özünün intixab etdiyi əncümənlər vasitəsi ilə öz sarneviştini təyin etmək, öz idarə işçilərinin fəaliyyətini nəzarət altına almaq, öz gücü llə fərhəng və behdaşt, iqtisad və maliyyə işlərini duzgün asas üzərində qoymağa imkan tapacaqdır. Bu müvəffəqiyyətie mənası olduqca dərin, olduqca böyükdür.
    Həqiqət halda aldığımız bu haqq hənuz elə də kamil hesab edilə bilməz. Apardığımız şədid mübarizənin ərzişi də bundan böyükdür. Bununla belə mühit, zaman ilə məkanı nəzərə alarsaq cörərik kl, çox böyük iş görmüşük və ağayi Qəvames-səltənə hökuməti isə bu həddi-əqəll haqqı bizə qail olmaqla gözlənilən böyük vətəndaş müharlbəsinin qabağını almışdır...
    Mən cüziyyata varid olmaq istəmirəm. Labüd siz dövlətin əvvəl intişar verdiyi 7 maddədən ibarət olan iblağiyyəsini və bizim onun təkmilində imza etdiyimiz müvafiqətnaməni hamınız oxumuşsunuz. 9 ay apardığımız mübarizə əlbəttə ağır, şədid və yorucu olmuşdur. Bu yolda verdiyimiz qurbanlar da az olmamışdır.
    Bir də mənim zənnimcə büdcə azadlığı diqqətə şayandır. Biz çox gözəl bilirik ki, pul olmazsa, heç bir işi qabaqdan aparmaq olmaz. Bu vaxtadək Azərbaycanın gəliri mərkəzə gedib orada əgər müxtəlis və oğrulardan artıq qalsaydı qeyri-zəruri lşlərə məsrəf olunurdu. Bundan sonra gəlirimizin yüzdə yetmiş beşi öz daxili işlərimizə məsrəf ediləcəkdir. Gəlirimiz əlbəttə, çox böyük deyildir. Lakin sənaye və fəlahəti tərəqqi verməklə biz onu çox surətlə artırmağa müvəffəq olacayıq.
    Bu vasitə ilədir ki, biz ümid edirik başladığımız böyük islahatı əncam verib, xalqımızı fəlakət və bədbəxtlikdən qurtarıb, səadətmənd və müasir bir xalq halına salmağa müvəffəq olacayıq.
    Təkrar edirəm, çəkdiyimiz zəhmətlər nə qədər ağır və yorucu olsa belə, aldığımız nəticə ondan daha böyükdür. Məxsusən o cəhətdən böyükdür ki, biz bu nəticəni dəvasız və qan tökülmədən əldə edə bilmişik.
    İndi müxaliflərimizin, mürtəcelərin arasında cürbəcür danışıqlar və dedi-qodu vardır. Bəziləri deyirlər ağayi Qəvames-səltənə ilə aldığı hökuməti saxlamaq üçün demokratların ətəyinə düşmüş, Azərbaycana pənah gətirmişdir.
    Biz bu kimi sözlərə əbədən əhəmiyyət verməməliyik…
    Burada heç kəs heç kəsə təslim olmamış və kimsə də Azərbaycanı təsxir etməmişdir. Biz təşxis vermişik ki, xalqın qəlbildən qalxan böyük demokratik nehzətimiz o vaxt nəticə verə bilər ki, bütün İrana sirayət edərək qanuni şəkil alsın. İmzaladığımız müvafiqətnamənin bundan başqa bir təbir və təfsiri ola bilməz.
    Xarici siyasətdə isə bizim mərkəzi dövlət ilə sazişimiz azadlıq düşmənlərini tərksilah etdi...
    Axırda bir neçə kəlmə Xəmsə və Zəncan məsələsi haqqında danışmağa məcburam. Hamınız bilirsiniz ki, bu vilayətin əhalisi dil, adab və rüsum cəhətdən tamamilə azərbaycanlıdırlar. Hətta, axır vaxtlara qədər oranın hakimi Təbrizdən təyin olunardı. Bundan əlavə milli nəhzətimiz başlanan zaman Zəncan bizim müdaxiləmiz olmadan qiyam edib, jandarm cəlladlarını və Xəmsə camaatını illər boyu zülm və əsarət altında saxlayaraq onların qanlarını soran Zülfüqari və onun quyruqlarını oradan qovub çıxarmaqla, nəhzətimizin irəliləməsinə səbəb olmuş, Azərbaycanın ayrı nöqtələrində daha böyük fədakarlıqla irtica qüvvələrinin ölkəmizə soxulmasının qabağını almağa çalışmışdır.
    Bizə məlum deyil nə səbəbə dövlət nümayəndələri Xəmsənin Azərbaycandan ayrılmasında israr edirlər. Hələ bilmirik ağayi Qəvaməs-səltənə hansı amillərin təsirindən Zəncan əhalisini bu qanuni haqdan məhrum etməyi qərara almışdır.
    Hər halda biz danışıq zamanı, bu xüsusda uzun-uzadı
    Ağayi Müzəffər Firuz, ağayi Qəvames-səltənənin siyasi müavini, Zəncanda demokratik nehzətində hərəkət edənlərin hər növ təcavüzdən qorunsalar da oranın əmniyyətini təmin etmək üçün yerli fədailərdan istifadə olunması, həmçinin Zülfüqari, Yəmini və Əsləhədarbaşı kimi xalq düşmənlərinin Xəmsəyə yol verilməyib, onların hər növ təhrikatının qabağı alınmasını yazılı və rəsmi təəhhüd etmişdir.
    Əlbəttə, bizim nöqteyi-nəzərimizcə bu kafi deyildir. Mən teleqrafxanaya toplanan Zəncan əhalisinə əmniyyəti hifz edib firqə və nehzətimizi idarə edənlərin hüsnniyyətinə inanmalarını tövsiyə etdim. Biz bütün İranda azadlıq və əmniyyətin davam və bəqası yolunda mübarizə etdiyimizə görə Xəmsə və Zəncanda qabağa çıxa bilən hadisələrə bitərəfanə bir göz ilə baxa bilməyəcəyik. Ona görə danışıq hər cür qurtarır-qurtarsın, Xəmsə və Zəncanda olan firqə təşkilatımız günü-gündən fəaliyyəti artırıb, baş qaldıra bilən irticai ünsürlər ilə əsaslı bir surətdə mübarizə edəcəkdir.
    Xəmsədə demokratları incitmək üçün uzadılan əllər kimin tərəfindən olur-olsun əbədi olaraq kəsiləcəkdir. Madam ki, bizim dilimiz, ehsasatımız və adabi-rüsum, biləxərə müqəddəratımız birdir, heç bir müvəqqəti tədbir bizi bir-birimizdən ayırmağa səbəb olmayacaqdır.
    Möhtərəm həmvətənlər! Bu sözləri danışmaqdan mənim məqsudum xudsitalıq, həmasəguluq deyildir. İndi bizim söz və ibarətpərdazlıq ilə məşğul olmağa vaxtımız yoxdur. Mən hali-qəziyyəni olduğu kimi sizə şərh verməklə gələcək vəzifəmizi aydınlaşdırmaq imkanını zənn edirəm əldə edə bildim.
    Gələcək vəzifə aldıqlarımızı saxlamaq və ondan xalqımızın səadəti üçün istifadə etməkdir.
    Bu məqsədə çatmaq üçün qabağımızda duran ən mühüm vəzifə Məclisi-Şurayi-Milli intixabatının azadixahlar xeyrinə əncam tapmasıdır. Bu işdə müvəffəqiyyət tapa bilməsək, mən demirəm qazandıqlarımızı saxlaya bilmərik, lakin işimiz çox çətin olar. Onda naçar olarıq yenə də silahı ələ alıb vuruşma və çarpışma ilə məqsədimizi əldə edək. Demək, məsələ hələ qurtarmamışdır, fəqət mübarizənin şəkli dəyişmişdir. Bu mübarizədə hansı tərəfin fəaliyyəti, tədbiri daha artıq və təşkilatı daha müntəzəm isə qələbə onunla olacaqdır. Zənn edirəm firqə və xalqımız bu işdə imtahan vermiş olduğundan müvəffəqiyyotimizə şübhə yeri qalmır. Bununla belə yenə də fəaliyyət, yenə də gözüaçıqlıq, yenə də fədakarlıq lazımdır. Mütəəssifanə söz çox, vaxt isə azdır. Bununla kifayətlənib bütün İran azadixahlarına birlik, müvəffəqiyyət arzu etməklə onun ələmdarı olan Azərbaycan xalqıqa əbədi səadət təmənna edərək sadə bir dil ilə deyirəm:
    Məhv olsun onun azadlığını məhdud etmək istəyən xain və mürtəce istemar nökərləri!
    Yaşasın Azərbaycan!

    «Azərbaycan» qəzeti № 228,
    28 xurdad 1325, (26 iyun 1946-cı il.)


  8. The Following 7 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    asi (Tuesday 13 December 2011-1), azarbayjan (Tuesday 13 December 2011-1), Azerbaycan_Qizi (Monday 12 December 2011-1), Bobi (Monday 12 December 2011-1), memmed (Monday 12 December 2011-1), oktay (Monday 12 December 2011-1), yurd sevan (Monday 12 December 2011-1)

  9. #5
    asi
    asi xətdə deyil
    Yaxşı Yazır asi's Avatar
    Qeydiyyat
    Mar 2011
    İsmarıclar
    84

    Level: 21 
    Təcrübə: 37,613
    Next Level: 38,246

    Thanks
    40
    Thanked 365 Times in 84 Posts

    Əsas seçim

    bizde dunen bir balaca yadlandirma marasimi danishgahda tutdux.

    vatan ugrunda olan vatansiz soydashlarimiza allah rahmat elasin
    gurur hayatı altüst edib tersine çevirebilir tıpkı tersine akan asi nehri gibi....

  10. The Following 4 Users Say Thank You to asi For This Useful Post:

    azarbayjan (Tuesday 13 December 2011-1), Azerbaycan_Qizi (Tuesday 13 December 2011-1), Bobi (Tuesday 13 December 2011-1), yurd sevan (Tuesday 13 December 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

21 Azər

21 Azər günü

Cənubi Azərbaycan Milli Hökuməti

21 Azər cənubi azərbaycan

21azər

21 azər güney azərbaycan

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts