Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 3`ə(a/ya/yə) qədər. Cəmi 3.

Mövzu: (چیلله گئجه سی)Çillə Gecəsi

  1. #1
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,679

    Level: 41 
    Təcrübə: 2,261,011
    Next Level: 2,530,022

    Thanks
    5,167
    Thanked 4,027 Times in 1,171 Posts

    Əsas seçim (چیلله گئجه سی)Çillə Gecəsi

    ÇİLLƏ GECƏSİ

    Çillə gecəsi - ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayin başlanğıc gecəsi - azər ayının sonuncu gecəsi və 3 ay novruz bayramına qalmiş bir gecədir.
    Milad tarixi ilə dekabrın 21-dən 22-ə keçən gecədir. Bu gecə əsasən Cənubi AzərbaycandaŞimali Azərbaycan və Türkiyədə qeyd edilir. və qismən
    Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbistər, Marağa, Naxçıvan və digər şəhərlər və çoxlu sayda Azərbaycan kəndlər bu gecəni qeyd edirlər.
    Bu gecədə qarın yağması çoxlu sevinc yaradır. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yiğışır və ilin ən uzun gecəsini meyvə və çoxlu şirniyyat yeməklə qeyd edirlər.
    Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Əhali qarpız yeyir ki, soyuğa yox desin. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa onlara da valideynləri tərəfindən qarpız hədiyyə verilir. Cəviz (qoz) halvası, həvic (kök) halvası, paxlava (baqləva), toxum (semiçka)(tum) və meyvələr və digər şirniyyatlar da bu gecə də süfrədə olmalıdır.

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  2. The Following 2 Users Say Thank You to time trial For This Useful Post:

    Bobi (Tuesday 21 December 2010-1), yurd sevan (Wednesday 21 December 2011-1)

  3. #2
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,679

    Level: 41 
    Təcrübə: 2,261,011
    Next Level: 2,530,022

    Thanks
    5,167
    Thanked 4,027 Times in 1,171 Posts

    Əsas seçim

    Urmuda Çillə Gecə Törəni

    Çillə Gecəsində işlənilən sözlərlə bir araşdırmam olacaq. Görüm üçün Çillə, Qarpız, Qar, Qış və ...
    Çillə
    Türk dilində Yay Sözünün mənası Ox olur, Çillə mənası ip(Oxun ipi) və o yer ki Ox da Çubuq Qoyuruq və o mənalar ki deyiləcək
    Türk dilində ilin üç Ayına(novruz bayramından üç ay gedən)yay Fəsli deyilir. O vaxt ki deyilir yayın çilləsi mənası budur ki yay Fəslindən 45 Gün gedib və Yay Günləri uzanıb.
    Qışın çilləsi bu mənayadır ki Qışın Soyuxluqu Uzanıb ki ikidənədir. Böyük çillə ki 40 Gün olur və Kiçik çillə ki 20 Gün olur.
    Şübhəsiz ki Çillə Sözü “Climax” sözülə bir kökdədir.
    Çillə bir addır ki Çiləmək(Güclə vurmaq) Felindən(Verb) yaranıb. Çiling-Ağac oyununda vurmağa Çiling ya Çilik ya Çiliə deyilir iki bu feldən istifadə olunub.(Çil Gəlsin)
    Pillə sözüdə çillə Sözü sistemindəndir, Pilov və Çilov da bir sistemdəndilər.
    Qarpız
    Qarpız sözünün araşdırmağı bunu bildirib ki Türk dilində olan Qarpız Sözü Bölgədə hamı dillərdə köklü və mənalı bir sözdür.
    Farsca”Hendevane”o şey ki Hindistandan Gəlib, ingiliscə water melon Su Yemişi mənasındadır. hər iki dilədə baxanda görünür ki hər ikisidə sözün mənasını təsvir edirlər və özgür mənaları Yox ki bu Sözü onlarla araşdıraq. Rusca arbuz və Yunan dilində Karpozi deyilir, Eesti Dilində Arbuus, Lietuvių dilində Tikrasis arbūzas, Polski dilində Arbuz_zwyczajny və elə ki Görürsünüz Türk Dilində olan Qarpız Sözündən alınıblar. Monqol dilində Tarbos ki Türk dilin olan Qarpız Sözünlə qohumdur.
    Qış
    Qar
    Qarı(Qoca qarı)
    Qarımaq(Qocalmaq)
    Qarıtmaq(Bitkilərdə Qocalmaq ki səbəb olur Bərk olalar)
    Qarğış(Lənət)
    Qarğı(qamış)
    Qaranat(Talehsizlik, Bədbəxtlik)
    Qada(pis Bəla)
    Qırmaq(qırhaqır, öldürmək)
    Qızmaq(istiləmək)
    Qorğu(Qorumaq)
    Qorxu(Dəhşət, Qorxmaq)
    Qışqırmaq(Bağırmaq, Haray)
    Qudurmaq(hirsli, qəzəbli)
    Quduz(Qudurmuş)
    Qancıq(dişi it, Kaftar)
    Qorban
    Qırov(Qar ki Bərk və Toz kimin ola)
    Qaran(son dövr)
    Qarpız
    Qırmızı
    Qutlu
    ...
    indi bilinir ki bu sözlər bir birilə münasibətdədirlər.
    Azərbaycan Əfsanələrində qışın iki çilləsi, iki Qarı bacıdırlar. Onlar öz Yorğanlarını Tərpəşdirib və Qar yağdırırlar.
    Qarin bir özəlliklərindən biri hər yerı Ağardar və bu işi ucadan Görər. Qarı(Qoca Qadın)da ucadan Saçları ağ olur elə ki Qar kimin Görünər. əski zamanlar ki Qoca qadınların saçları Ağarırdı belə bir əfsanəli fikir yaranıb.
    Qarğı
    Qarğı sözü Mizraq, Neştər Mənasındadır. indi çillər sözünə bir baxaq. Çillə Oxu uzatma Mənasındadır və burda Oxu Ən çox uzatmaq mənasındadır. nəticə bu ki Neştər ki oxdan(Qarı) Atılır Qarğı adlanır. Önəmli bu ki Qarğımaq və Qarğış hər ikisidə lənət mənasındadırlar və o iş ki Qarılar Görərlər.
    indi Qarğımaq(Lənət) Felini Qarğı(Neştər) Sözüilə tutuşdurun, elə ki Görürsünüz bir Əfsanə fikiri arxasında özün Göstərir.
    Qarğış(lənət) Sözünün Öz bə Öz Sözü Alqış(Tərif) Sözüdür.
    indi Görünür ki Qarpız yalnız Qar sözüilə münasibəti yox bəlkə bir Qohum sözlərlə ki Azərbaycan ulus və folklorundan yer alıb münasibətdədir. Eyni zamanda Görünür ki Qış(Fəslin Adi), onun tanrısı ”Qar”, “Qarğı”(Neştər), “Qarğış”(lənət), “Qada”(bəla) və Sonda qırğın(öldürmək) və ... o şey ki bu Bədbəxtliyi bitirir və yaxşı Bəxt Gətirir Qarpız dur.
    Deməliyəm ki ingilis dilində Fairy və Farsca “pəri”Pəri Sözlərinə baxanda görünür ki hansı Qaynaqdan alınıblar, Türk Dili orda Görünür.
    Urumda çillə Gecə Törəni
    Çillə Gecəsi ilin 365 Gününün Ən uzun gecəsidir. Çillə Gecəsi Güney və quzey Azərbaycan və Türkiyədə qeyd olunur. Çillə Gecəsində Qarın yağması çoxlu Sevinc yaradır. Urmu Və başqa yerlərdə Çillədə ailə üzvləri, qohum, Tanış və ... çox səmimi bir yerə yığışır və ilin ən uzun gecəsini müxtəlif yeməklər, meyvə, şirnilərlə Böyük tuturlar. Çillə gecəsi Hamı qarpız yeyir ki soyuğa yox desin elə ki bu gecədə hər ailə bir qarpız almalıdır, Ancaq Urmu-nun kəndlərində yayda ki qarpız yetişirdi onu saman altında saxlayıb və Çillə gecəsinə saxlayardılar. Urmu-da Belə bir dəb var ki əyər ailədə yeni Evlənənlər varsa onlara ailənin böyükləri tərəfindən qarpız hədiyyə alınır. Çillə gecəsində Cəviz, halva(Həvic halvası, Cəviz Halvası), Paxlava, toxum və başqa yeməklər Süfrədə olmalıdır. Neçə il bundan öncəyə kimin Urmu-da Kəndlərdə Hamı yığışırdı Ailənin böyüyünün Evinə və orda qız, oğlan və gəlinlər birlikdə Deyib və gülərdilər. elə ki o zamanlar bu gündə hava qar yağardı kənd evlərində Kürsü olurdu və ailə Kürsünün altına yığışıb və Böyük Ata və Ana(nənə) uşaqlara və qız Gəlinlərə Atalar sözü, Bayatı, nağıl, Tapmaca və belə şeylər deyirdilər. Urmu-da Belə bir Dəb var ki hər hansı oğlan və qız ki Nişanlı olalar oğlan tərəfi Qız Evinə Pay və Çilləlik Göndərər ki Qarpız, Milax, Cəviz, Halva və başa yeməklər olur. Elə ki yadımda o vaxt bizdə Ailəmlə birlikdə Gedərdik Xan nənəm gilə ki evləri kənddə olurdu orda çillə Gecəsi üçün çoxlu yeməklər hazırlayardı Xan nənəm Görüm üçün Milax, və Turş Üzüm(Üzümü neçə vaxt Qoyarlar sirkəyə və çillə vaxtı yemək üçün hazır olur), Cəviz, Sucuq və ... Çillə Gecəsində hamı Evlərdə çox Şənlik olur və hamı uşaq və böyüklər Deyib Gülməkdən bu uzun gecəni Səhərə çatdırarlar. Urmu-da bir araşdırdım bir dəb də Ata-Analardan eşitdim ki əski zamanlarda bu dəb olurdu, o da bu ki bala və Böyük çillə çıxandan sonra hər həftə çərşənbə günü bir od yandırardılar və bu işi ilin son çərşənbəsinə qədər davam edərdilər.
    Çillər Gecəsində oxunan bayatılar:
    Ay çillə Yeçillər Qardaş
    Atın Qəmçilə Qardaş
    Bir Gəldin Danışmadıq
    Qəlbim Açıla qardaş
    El arasında Çillələr Haqqında müxtəlif nağıllar vardır ki onlardan neçəsini yazıram:
    Çillələr iki bacıdırlar bir böyük bacı birdə kiçik bacı. Günlərin bir Günü bacılar iydə Ağacının Altında oturmuş, danışırdılar. Kiçik çillə; Böyük çilləyə deyir ki:
    - bacı sən getdin nə eylədin?
    Böyük çillə deyir ki:
    - Mən getdim; Dondurdum; Üşütdüm, xəstəliklətdim; Gəldim!
    Balaca bacı Gülüb və Dedi ki:
    Mən sənin kimin dəyiləm! mən gedib; qarları kürəkdən; gəlinləri biləkdən; Körpələri bələkdən Eylərəm !!
    Cavabında Böyük bacı Gülüb və deyir:
    - bacın ölsün! Səndə bir iş Görə bilməzsən; ömrün Azdır; onun yazdır
    Bir başqa Nağıl:
    Belə deyilir ki qış bir qarıdır və onun üç oğlu vardır. Adları böyük şillə, kiçik çillə, Boz
    Anaları Böyük oğlun Göndərib qayıtdıqdan sonra Soruşar ki; nə eylədin?
    Böyük çillə deyər ki: ocaq qırağına Düzdüm gəldim!
    Sonra Anaları kiçik çilləni Yollayıb, Qayıt-dan sonra soruşar ki Sən nə eylədin?
    Kiçik oğlan cavab verər ki: ocaq içinə doldurub Gəldim!
    Lap son Boz Ay Göndərir, Döndükdən sonra soruşar: sən nə eylədin?
    Boz Aya deyir ki: məndə gedib ocaqdan çıxartdım gəldim!
    Görüm = nümunə, örnək
    Qaynaq: Dilmac Dərgisinin 34-cü sayı, wikipedia

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  4. The Following 2 Users Say Thank You to time trial For This Useful Post:

    Bobi (Tuesday 21 December 2010-1), yurd sevan (Wednesday 21 December 2011-1)

  5. #3
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,679

    Level: 41 
    Təcrübə: 2,261,011
    Next Level: 2,530,022

    Thanks
    5,167
    Thanked 4,027 Times in 1,171 Posts

    Əsas seçim

    çillə gecəz mutlu olsun
    ömruz çillə gecəsinə tay uzun olsun

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  6. The Following 3 Users Say Thank You to time trial For This Useful Post:

    Bobi (Thursday 22 December 2011-1), janim_vatanim (Wednesday 21 December 2011-1), yurd sevan (Wednesday 21 December 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

çillə gecəsi

Böyük çillə

çilləçillə gecəچیللهYay fəsli haqqındaçillə gecəsi mesajlarıcillə gecəsi çillə gecəsi sözləri çillə gecəsi
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts