1. Gözəl qız görən kimi telefon nömrələrini vermək üçün hər cür ağılsızlığı etmələri.Hələ bunun üçün dostları ilə mərcə girmələrini demirəm..
2. Hara gəldi iyrənc bir şəkildə tüpürmələri"
3. Yalan.. səmimiyətsizlik ve ciddiyətsizlik..
4. Saatlarla əl-üz yumaları.
5. Özlərini hər şeydən,hər kəsdən önəmli hesab etmələri.
6. Qeybət.Dünya statistikası 72% kişi qeybəti,cəmi 28% qadın qeybəti. "
7. Kişilər cox nöqsansiz varlıqlardır. Diqqətlə baxsanız onların mələkcil xüsusiyyetlərinden başları üzərində mələklərə məxsus halqa var. Yeganə qüsurları corablarını çıxarıb evin ortasına atmalarıdır)) "
8. Özlərinə daim hər şeyi bilirmiş kimi göstərmələri."
9. Tərgidə bilmədikləri pis vərdişləri: içki,siqaret və s.
10. Özlərinin bacalarını görmədikləri halda digərlərinin evində tüstü axtarmaları.(bu daha çox Azərbaycan kişisinə xasdır)
11. Tər qoxusu.Bu danılmaz faktdır ki kütləvi nəqliyyat vasitələrində ən çox tər qoxusu hiss etdiyimiz şəxslər-Kişilərdi.
12. Dar şalvarlar: Heç bir cürə kişiyə yaraşmayan geyim tərzi+qırmızı,çəhrayı köynəklər və gərəksiz saç modelləri.
13. Özlərini dünyanı xilas edəcək Super Man hesab etmələri. Axı biz real dünyanın insanlarıyıq. Super Man deyə geçərsiz qəhrəmanlar yalnız filmlərdə, multiklərdə və nağıllarda var."
14. Sözbazlıq.-Bir sözü böyüdüb dağın başına qoymaq."Yox de görüm sən nə demək istəyirdin ee.Yox ee mənə düzünü de bu sözü nə mənada dedin.Eybi yox unutmayacam bunu".Kişi hər sözün üstündən ötüb keçər. Yoxsa bəziləri sözün ucundan tutub ucuzluğa gedirlər.
15. Qiybətcillik-Kişi hər gördüyün söyləməz.Yoxsa bəzi qiybətcil kişilər kimi."Aaa filankəsi gördün nə dedi?Filankəsi gördün nə etdi?".
16. Kobudluq-Guya ki,nəsə əldə edəcəklər də."Gördüz filankəsə necə cavab verdim? Söz tapıb deyə bilmədi eee". Day demir ki, o filankəs sadəcə özünə hörmət edir. Bəzən görürəm ki, elə hallar olur ki, insanı elə səviyyəyə çatdırıllar ki, o insanın kobudluq etməyə haqqı var. Amma özünü necə təmkinli aparır. Bax belə insanlar gözümdə 1-ə 1000 qalxır.
17. Yekəxanalıq-Mən beləyəm,mən eləyəm...Özünü təriflədikcə insanın gözündə necə kiçilir.Sadəlik insanın başının tacıdır..."
18. Futbol: Dünya çempionu olduqları zaman Dünyaca məşhur klublarının külli miqdarda qazanc əldə etdiklərini bilirik,bəs görəsən heç bir oyunu belə qaçırmayan,bütün var gücləri ilə Gol deyə qışqıran kişilərin qazancı nə olur?
19. Qadınlardan istifadə etmələri:Fərq etməz hansı sahədə məgər kişiləri qadınlardan hər tərəfli istifadə etməsi danılmaz deyil?
20. Dəlilər kimi sevsələrdə bunu heç zaman dilə gətirməzlər-Dostları arasında "sevgi axmaqlar üçündü" deyə danışsalar da.....sevgililərinə sən mənim ilk sevgim,son sevgimsən,həyatımın mənasısan deyərlər.
21. Deyingənlik-Hər şeyə danışırlar.Hələ 40 yaşını keçdi mi vah ki nə vah:Evdə bişirilər yeməyə,evin təmizliyinə,xanımının geyiminə,evə gələn qonaqlara,tv-də baxılan seriallara daha nələrə nələrə...
22. Qısqanclıq-bu artıq bir xəstəlikdir onlarda.Heç normal insan da sevgilisini fanatlıq etdiyi bir müğənniyə və ya futbolçuya qısqanarmı?
23. Eqoist olmaları-.Sanki hər şey onların olmalıdı ,və hər şey onlar üçün yaradılıb.
25. Kişiliyi çox səhv şeylərlə ölçmələridi.İstədikləri alınmayanda qadına əl qaldırmağı kişilik saymaqlarıdı.Yolda qıza söz atmağı "bombalıq"saymalarıdı.Ən betəri "mən kişiyəm,mənə hər şey olar" deyib özlərini gözdən salmaqlarıdı."Söyüş söyməsən kişi deyilsən"prinsipi ilə iyrənc həyata start vermələridi.Və "onlar" kimi olmayanlara lağ etmələridir.
26. Ətrafında siqaret çəkənlər var deyə, siqareti adət halına gətirmələridi. Hətta hansısa problemin unudulmasında siqaretin köməyi olduğuna özlərini inandırmalarıdı.


LinkBack URL
About LinkBacks
"




Reply With Quote




canim azerbaycan






