Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Millət necə tarac olur olsun, nə işim var?!

  1. #1
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,934
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim Millət necə tarac olur olsun, nə işim var?!

    Millət necə tarac olur olsun, nə işim var?!

    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Qoy mən tox olum, özgələr ilə nədi karim,

    Dünyavü cahan ac olur olsun, nə işim var?!



    Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

    Yatmışları razı deyiləm kimsə oyatsın,

    Tək-tək ayılan varsa da, həq dadıma çatsın,

    Mən salim olum, cümlə cahan batsa da, batsın;

    Millət necə tarac olur olsun, nə işim var?!

    Düşmənlərə möhtac olur olsun, nə işim var?!



    Salma yadıma söhbəti-tarixi-cəhani,

    Əyyami-sələfdən demə söz bir də, filani,

    Hal isə gətir meyl eləyim dolmanı, nani,

    Müstəqbəli görmək nə gərək, ömrdü fani;

    Millət necə tarac olur olsun, nə işim var?!

    Düşmənlərə möhtac olur olsun, nə işim var?!



    Övladi-vətən qoy hələ avarə dolansın,

    Çirkabi-səfalətlə əli, başı bulansın,

    Dul övrət isə sailə olsun, oda yansın,

    Ancaq mənim avazeyi-şənim ucalansın;

    Millət necə tarac olur olsun, nə işim var?!

    Düşmənlərə möhtac olur olsun, nə işim var?!



    Hər millət edir səfheyi-dünyadə tərəqqi,

    Eylər hərə bir mənzili-məvadə tərəqqi,

    Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,

    Biz də edərik aləmi-röyadə tərəqqi;

    Millət necə tarac olur olsun, nə işim var?!

    Düşmənlərə möhtac olur olsun, nə işim var?!




    Mirzə Ələkbər Sabir


    İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel, 1906, № 4) imzasız çap olunmuşdur.

  2. The Following 7 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    Bobi (Tuesday 15 February 2011-1), janim_vatanim (Tuesday 15 February 2011-1), memmed (Tuesday 1 March 2011-1), narmin (Saturday 26 February 2011-1), time trial (Tuesday 15 February 2011-1), Ulya (Tuesday 15 February 2011-1), yurd sevan (Tuesday 15 February 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

m.ə.sabir şeirləri

millət necə tarac olur olsun nə işim varMirzə ələkbər Sabir.Nə işim Var.şeyiriM.Ə.Sabirin seirlerim.ə.sabir nə işim var şeirişeir m ə sabir millət necə tarac olur olsun nəM.Ə.Sabirin şeirlərim.ə.sabir şeiri - millət necə tarac olur olsun nə işim varne isim var seyirne isim var seir
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts