Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
2 səhifədən 2-cisi BirinciBirinci 1 2
11`dan(dən) 15`ə(a/ya/yə) qədər. Cəmi 15.

Mövzu: Azərbaycan

  1. #11
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,953
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    AZƏRBAYCAN

    Od ürəkli , od nəfəsli diyarımsan
    Ocağına canım qurban , Azərbaycan !
    Əzilsən də , əyilməyən vüqarımsan
    Bu çağına canım qurban , Azərbaycan !

    Savaşlardan alnıaçıq çıxan zaman
    Tarixlərə bağışladın neçə qurban.
    Hər qonşuda bir parçası əsir qalan
    Torpağına canım qurban , Azərbaycan !

    Neçə gizli sərvət yatır qucağında ,
    Neçə ölkə od aparır ocağından .
    Azadlığın al rəmzi var bayrağında
    Bayrağına canım qurban , Azərbaycan !

    Hər uğurun gələcəyə bir yol açır ,
    Hər dost elə xoş niyyətin işıq saçır .
    Hər millətə , hər məzhəbə isti , açıq
    Qucağına canım qurban , Azərbaycan !

    Başım üstdə məğrur-məğrur dalğalanan
    Bayrağına canım qurban , Azərbaycan !
    Ruhuma büt , cismim üçün vətən olan
    Torpağına canım qurban , Azərbaycan !

    NƏRİMAN HƏSƏNZADƏ


  2. The Following 7 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    azarbayjan (Tuesday 7 February 2012-1), Azerbaycan_Qizi (Monday 5 December 2011-1), Bobi (Monday 5 December 2011-1), BozKurt (Monday 5 December 2011-1), janim_vatanim (Sunday 5 February 2012-1), oktay (Monday 5 December 2011-1), R.F.A (Monday 5 December 2011-1)

  3. #12
    Iraztürkün fabrik dostu R.F.A's Avatar
    Qeydiyyat
    Dec 2010
    Ünvan
    Güney Az Ər Bay Can
    İsmarıclar
    8,565

    Level: 45 
    Təcrübə: 4,459,146
    Next Level: 5,107,448

    Thanks
    3,557
    Thanked 9,182 Times in 4,906 Posts

    Əsas seçim

    مدرسه ده موعللیم / در مدرسه معلم
    یئنه دؤیدو الیمدن / باز هم زد به دستم
    باشارمادیم فارسینی / فارسی را بلد نشدم
    ایراد توتدو دیلیمدن / از زبانم ایراد گرفت

    دئدیم: آغا موعللیم / گفتم آقا معلم
    وورما، گؤینه دی الیم / نزن دستهایم کبود شد
    نه دیر آخی گوناهیم؟ / گناه من مگر چیست؟
    توركجه دیر منیم دیلیم / زبان من تورکی است

    یاپیشدی قولاغیمدان / گوشم را گرفت
    دئدی: بوراخ توركونو / گفت تورکی را رها کن
    او قالدی ائوینیزده / آن در خانه تان ماند
    اونوت گئتسین كؤكونو / اصل و نسبت را فراموش کن

    اؤیره نمه سن آب – بابا / اگر آب بابا را یاد نگیری
    آچاجاقسان الینی / باید دستت را باز کنی
    كؤتك یئیه ندن سونرا / بعد این که کتک خوردی
    اونودارسان دیلینی / زبانت را فراموش می کنی

    سنین هاران توركدور؟ / کجای تو تورک است؟
    آذریسن ، آذری / آذری هستی تو آذری
    كیم اؤیره دیب دیر سنه / که یادت داده
    بئله یانلیش سؤزلری؟ / این حرفهای غلط را

    آخدی گؤزومون یاشی / اشک از چشمانم سرازیر شد
    تیتره دی دیل – دوداغیم / لرزید زبان و دهانم
    بئله یالان سؤزلره / این حرفهای دروغ را
    اینانمادی قولاغیم / باور نکرد گوشهایم

    آنام منی اویدورماز / مادرم مرا گول نمی زند
    آتام منی آللاتماز / پدرم به من کلک نمی زند
    بو سؤزلرین هئچ بیری / این حرفها هیچ کدام
    منیم عاغلیما باتماز / به عقلم جور در نمی آید

    نییه منیم آدیمی / چرا اسم مرا
    سوروشماییر اؤزومدن / از خودم نمی پرسد
    نییه سؤزون دوزونو / چرا حرف راست را
    اوخوماییر گؤزومدن / نمی خوانَد از نگاهم

    هركس یالان دانیشسا / هر کس که دروغ بگوید
    آللاهین دوشمانیدیر / دشمن خداست
    من كی یالان دئمیرم / من که دروغ نمی گویم
    بو اونون یالانیدیر / این دروغِ اوست

    لایلای دئییبدیر آنام / مادرم لالای می گفت
    منه بئشیكده توركجه / در گهواره به تورکی
    دانیشمیشیق هامیمیز / همه حرف زدیم
    ائوده – ائشیكده توركجه / به تورکی هم در خانه هم در بیرون

    نه دن گرك یازمایاق / چرا ننویسیم
    دیلیمیزی كیتابا؟ / زبانمان را در کتاب
    مدرسه ده نه اوچون / به چه دلیل در مدرسه
    گلمه یك بیز حئسابا؟ / ما را به حساب نیاورند

    هئچ عاغلیما سیغماییر/ هیچ عقلم قد نمی دهد
    نه دیر بونون جاوابی / جواب این چیست
    سو یئرینه اوخویام / به جای سو
    مدرسه میزده آبی / در مدرسه بگویم آب

    یقین كؤتك یئمزدیم / مطمئناً کتک نمی خوردم
    اوخوسایدیم دیلیمی / اگر به زبان خودم تحصیل می کردم
    گؤینه رتیدن سیخمازدیم / از سوزش آن نمی گذاشتم
    قولتوغوما الیمی / دستهایم را به بغلم

    قوی بؤیویوم بیر اؤزوم / بزرگ که شدم
    اولاجاغام موعللیم / من هم معلم می شوم
    اوندا چوخ ایش گؤره جك / خیلی کارها انجام خواهد داد
    بو گون گؤینه ین الیم / این دستهای کبود شده ام

    كیلاسیمدان گله جك / طنین کلاس من
    ائلیمیزین اؤز سسی / صدای ایل و تبار خودم
    اولاجاقدیر او زامان / خواهد بود آن زمان
    توركون ده مدرسه سی / برای تورک هم مدرسه ای

    شعر از رسول قربانی مقدم

    ərkek olmak ; hayatına bir sürü kadın girməsi değildir; önəmli olan kaç kadını gərçektən sevdiğin və onlara nə kadar dürüst olabildiğindir .

    ərkek olmak ; gəniş omuzlara sahip olmak değil önəmli olan kaç kadına o omuzlarla yaslanacak kadar güvən verdiğindir .

    ərkek olmak ; romantik bir ortamda güzəl sözlər fısıldamak değil önəmli olan hər sözünün kalbindən gəlməsidir .

    ərkek olmak ; büyük və ağır əşyaları kolay kaldırmak değil önemli olan hayatın yükünü cəsurca taşıyabilmektir .


  4. The Following 5 Users Say Thank You to R.F.A For This Useful Post:

    azarbayjan (Tuesday 7 February 2012-1), Bobi (Monday 5 December 2011-1), janim_vatanim (Sunday 5 February 2012-1), oktay (Monday 5 December 2011-1), yurd sevan (Wednesday 7 December 2011-1)

  5. #13
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,953
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    "Vətənimin seyrinə çağırıram elləri",
    Hiddət görmək istəyən Azərbaycana gəlsin.
    Oldu sipər gülləyə gülləri, bülbülləri,
    Heyrət görmək istəyən Azərbaycana gəlsin.

    Tank altına saldılar qocanı cavan ilə,
    Gülləyə qərq etdilər yeri asiman ilə.
    Bu xalq müttəhim oldu hansı ittiham ilə?
    Bu xətt davam eləyib "Bir xəttin davamilə",
    Möhnət görmək istəyən Azərbaycana gəlsın.

    Keçdi Vətən övladı Vətən üçün canından,
    Vətən qüdsiyyət aldı Şəhidlərin qanından.
    Xalqım şərəflə çıxdı qeyrət imtahanından,
    Qeyrət görmək istəyən Azərbaycana gəlsin.





    Müəllif: Səxavət

  6. The Following 5 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    azarbayjan (Saturday 4 February 2012-1), Bobi (Friday 10 February 2012-1), janim_vatanim (Sunday 5 February 2012-1), R.F.A (Saturday 4 February 2012-1), yurd sevan (Tuesday 7 February 2012-1)

  7. #14
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,953
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    Səpilmişik yer üzünə qum kimi,
    Çırtlanırıq birər-birər tum kimi,
    Yumşalırıq əriyirik mum kimi,
    Gözləyirik daha kimin zəngini,
    Aşıq qardaş, vaxtıdı, çal “Cəngi”ni.

    Koroğlunun Çənlibeli dağılmış,
    Yad qazana sərvətimiz sağılmış.
    Qeyrətimiz əfsanəymiş, nağılmış,
    Havaların çalma ağır ləngini,
    Aşıq qardaş, “Cəngi”ni cal, “Cəngi”ni.

    Götürülüb abır-həya qapağı,
    Diyirlənir kişiliyin papağı.
    Hasarlanıb hünərməndin qabağı,
    Bayraqların al boyayın rəngini,
    Aşıq qardaş, “Cəngi”ni çal, “Cəngi”ni.

    Qanunların kitabları cilidli,
    Pozanları ali rütbə biletli.
    Həqiqətin qapıları kilidli,
    Cırmalıyıq qıfılların cəngini,
    Aşıq qardaş, “Cəngi”ni cal, “Cəngi”ni.

    Məğlubiyyət artıq deyil ötərgi,
    Bu nə bayram, nə yubiley, nə sərgi,
    Daxildədir, xaricdədır, nə fərqi,
    Əzməliyik düşmənlərin əngini,
    Aşıq qardaş, “Cəngi”ni çal, “Cəngi”ni.

    Yazan: Səxavət

  8. The Following 3 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    azarbayjan (Tuesday 7 February 2012-1), Bobi (Friday 10 February 2012-1), yurd sevan (Tuesday 7 February 2012-1)

  9. #15
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,953
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim Azərbaycan bayrağına

    Buraxınız, seyr edəyim, düşünəyim, оxşayayım,

    Şu sevimli üç bоyalı, üç mənalı bayrağı.

    Mələklərin qanadımı üzərimə kölgə salan?

    Nə imiş bu, aman Allah?! Оd yurdunun yarpağı!

    Göy yarpaqlı, al çiçəkli yaşıl оtlar tоpasımı?

    Xayır, xayır? Çiçək sоlur, оtlar yerdə tapdanır.

    Fəqət bizim bayrığımız ucaları pək seviyоr,

    Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyоr.



    Kölgəsində ay əyilib bir gözəli qucmada.

    Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

    Şu görünüş bir ananın şəfqətinə оxşayоr.

    Düşündükcə zövqlərimi, vicdanımı оxşayоr.

    Bu ay, yıldız, bоyaların qurultayı nə demək?

    Bizcə böylə söyləmək!

    Bu göy bоya Göy Mоğоldan qalmış bir türk nişanı,

    Bir türk оğlu оlmalı!

    Yaşıl bоya islamlığın sarsılmayan imanı,

    Ürəklərə dоlmalı!

    Şu al bоya azadlığın, təcəddüdün fərmanı,

    Mədəniyyət bulmalı.

    Səkkiz uclu şu yulduz da səkkiz hərli ОD YURDU

    Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

    Səhərlərə uçmuşdur

    Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

    Yurdumuzu qucmuşdur!

    Allah, əməllərim edib şu bayrağı intiqal,

    Birər-birər dоğru оlmuş, bir ad almış: İSTİQLAL!

    Yürəyimdə bir dilək var, о da dоğru kəsilsin,

    О gün оlsun bir göy bayraq Turan üstə açılsın.


    CƏFƏR CABBARLI

  10. Oqtay Eloglu Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    yurd sevan (Friday 9 March 2012-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Azerbaycan

sehriyar seirleri

mehemmed huseyin sehriyar seirleri

mehemmedhuseyn sehriyar seirleri

sehriyarin seirleri memmed huseyn sehriyarsuleyman rustem serlerisehriyar azerbaycan seirimehemmedhuseyn sehriyar azerbaycan seiriAzerbaycan seirler
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts