Sabit Konular>>saytı yaxşı görmək üçün firefoxdan istifadə edin
+ Reply to Thread
2 səhifədən 2-cisi BirinciBirinci 1 2
11`dan(dən) 13`ə(a/ya/yə) qədər. Cəmi 13.

Mövzu: Seyid Cəfər Pişəvərinin əsərləri ilə tanış olaq

  1. #11
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,954
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    S.C.Pişəvərinin daha bir yazısı


    MƏCLİSİ-MİLLİ TƏŞKİLİ MÜNASİBƏTLƏ

    İntixabat müvəffəqiyyətlə başa çatıb Məclisi-milli nümayəndələri bir-birinin ardınca mərkəzdə toplanmaqdadırlar. Bu böyük iş firqəmiz üçün böyük bir azmayış idi. Firqə intixabat təbliğatını çox böyük müvəffəqiyyətlə axıra apardı. Əslən intixabatın özü xalqı cəlb etmək, camaata firqə və milli heyətin məqsəd və məramını andırmaq üçün geniş təbliğat vasitəsi oldu.
    Doğrudur, millətimiz çox uzun müddətdən bəri öz milliyyətini hiss edib, aşkar və qeyri aşkar, əmdi və qeyri-əmdi olmaq üzrə, zaman və məkana görə özünün azadlıq və muxtariyyəti yolunda mübarizə aparmışdır. Lakin bunların hamısı bu üç ay müddətində aparılan mübarizəyə qət’ən müsavi tutula bilməz. İndi Azərbaycanlı səri bir surətdə aparılan seçkilər və onlardan bəhs edilən məsələlər vasitəsi ilə həqiqi bir xalq və tam mənası ilə mədəni və həssas bir millət məqamına yetişmişdir.
    Min illərlə tarixə malik olan İran dövlətinin arxasında bu gün on min nəfər tapmaq olmaz. Cavan dövlətimiz isə başını ucaldıb, iftixar ilə deyə bilər ki, bu gün onun arxasında milyonlar ilə kişi və xanımlar qan töküb, ölüb, öldürməyə iftixar ilə hazırdırlar.
    Bu iş millətin qəlbindən çıxmışsa da, firqəmizin onu təşkil etməkdə böyük xidməti olmuşdur.
    Xalqımız haqşünas və saf ürəkli bir xalq olduğu üçün əmələn özünün mərdliyini göstərməklə firqənin şüarlarını istiqbal etmək, onun göstərdiyi namizədlərə rəy vermək və onun istədiyi tədbirləri can və dil ilə icra eləmək yolunda böyük qədəmlər götürdü.
    Bütün Azərbaycanda firqənin göstərdiyi kandidlərin intixab olunması xalqın firqəyə olan etimadını və inamını sübut etməkdədir. Artıq, xalq şəxsiyyətlər deyil, firqəyə inanır və onun adına və beistilah onun markasına rəy verir. Bu isə, yeni və cavan bir firqə üçün böyük müvəffəqiyyətdir.
    Çox yerdə kəndlilər çox sadə bir surətdə “biz Demokrat Firqəsi göstərən kandidlərdən başqasına rəy verə bilmirik. Firqə kandidləri imtəhandan çıxmış adamlar olmaqla bərabər, firqə qarşısında məsul olduqları üçün, bizə xəyanət edə bilməzlər” deyib öz rəylərini sandıqlara tökmüşlər. Kəndlinin məntiqi tamamilə doğru və düşünülmüş bir məntiqdir. Millətinə rəhbərlik etmək iddiasında olan bir firqə belə də olmalıdır.
    Tək kəndli deyildir, şəhərdə də bitərəf camaat, məxsusən kəsəbə və tüccar da sadə bir surətdə kəndlilərin məntiqi üzrə rəftar edib, firqənin göstərdiyi kandidlərə rəy vermişlər.
    Bu vaxta qədər İranda bu görülməmiş bir iş olduğu üçün, biz millətin gələcəyi üçün bunu fal-nik hesab edirik. Millət nə qədər münəzzəm hərəkət edərsə, nə qədər özünün firqəsinə və başçılarına artıq inana bilərsə, yüz o qədər tez bir surətdə öz arzularına yetişməyə müvəffəq olar.
    Məclisi-millimiz təzə bir müəssisə olduğu üçün onda cürbəcür nöqsanlar ola bilər. Bunu biz hərgiz unuda bilmərik. Lakin bu məclis ümum xalqa dayanıb təzə bir dövlət yaratmaq və milli muxtariyyətimizin binasını qoymaq kimi ağır və mühüm vəzifə daşıdığına görə, olduqca calibi-təvəccöh, olduqca böyük bir məclisdir. Orada danışılan sözlər və çıxarılan qərarların xalqa yetirilməsinə artıq dərəcədə əhəmiyyət vermək lazım gəlir. Gərək roşənfikir və ziyalı cavanlarımız, məxsusən yazı və mətbuat ilə məşğul olanlar bu yolda böyük fədakarlıq göstərsinlər.
    Biz gərək özümüzü millətimizə və bütün dünya millətlərinə tanıdıb, ölkəmizi idarə etməyə layiq olduğumuzu isbat edək.
    Bunu da Məclisi-millimizdən gözləyirik.

    P.
    «Azərbaycan» qəzeti № 74,
    9 dekabr 1945-ci il.


  2. The Following 3 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    Bobi (Sunday 24 July 2011-1), janim_vatanim (Tuesday 24 January 2012-1), yurd sevan (Monday 25 July 2011-1)

  3. #12
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,954
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    S.C.Pişəvərinin daha bir yazısı


    İRAN MƏŞRUTƏ İNQİLABI VƏ FİRQƏMİZİN BUGÜNKÜ SİYASƏTİ HAQQINDA NİTQ


    Məşrutə nehzəti İran tarixində böyük bir hadisədir. Bu vasitə ilə qərinələr boyu zülm və əsarət zənciri altında əzilib haqq və ixtiyardar məhrum olan xalq ayağa qalxıb özünün mövcudiyyətini nişan verib, öz qüdrət və qüvvəsini anlamağa müvəffəq olmuşdur. Əgər Məşrutə hərəkatından ayrı bir nəticə əldə edilmiş olmazsa belə, bu hadisə, yəni millətin özünü tanıyıb, öz qüdrətini dərk etməsi, o qədər böyük, o qədər qiymətli bir işdir ki, fəqət ondan ötrü də olsa, Məşrutə fərmanının imza gününün hər il təntənə və şükuh ilə cəşn tutulub bayram edilməsi lazım gəlir. Halbuki, bundan əlavə Məşrutənin daha dəyərli faydaları da çox olmuşdur. Xalqın gözünun açılması, xalqın səadəti uğrunda fədakarlıq göstərmək, xalqa xidmət etməklə kəsb-iftixar etmək, ictimai cərəyanlara başçılıq etməklə xalqın məhəbbətini qazanmaq, zahiri olsa da məm
    Məşrutə nehzətini idarə edənlər mütləqa fədakar və xeyirxah adamlar olmuşlar. Onların gördükləri işlər həmişə İran azadixahlarına ilham vermiş, onları daha böyük fədakarlıqlar göstərməyə hidayət etmişdir. İnqilab hər şüar altında olur-olsun müqəddəsdir. İnqilabı idarə edən böyük simalar hər təbəqədən ayağa qalxır-qalxsın millət tərəfindən ehtiram və sitayiş ilə yad edilməlidirlər. Bizim müstəqimən xalqımızın arasından qalxıb azadlıq yolunda böyük ləyaqət və iman nişan verən Səttar xan, xariqüladə fədakarlığa hazır olan Bağır xan, öz şəhaməti sayəsində Təbriz mücahidlərinin səramədliyi moəamını kəsb edən Kərbəlayi Hüseyn Bağbanlarımız ilə bərabər istibdad mübarizəsində İran ruhanilərinə rəhbərlik edib xalqı Məşrutə almağa hidayət edən böyük ruhani alimlərimizdən Behbəhani və Təbatəbai, Şeyx Kazım Xorasanini də təqdis etməliyik. Bizim nəzərimizdə xalqı yeni həyata və yeni mədəniyyətə dəvət edən Mirzə Mülküm xan İsfahani və Mirzə Ağa xan Kirmani, Seyid Camal Əsədabadi tarixi adamlardırlar. Bunların adları gərək Məşrutə tarixində iri xətt ilə qeyd edilsin. Məşrutə və azadlıq yolunda canlarını fəda edən Mirzə Cahangir xan və Məlikülmütəkəllimin və sair azadixahların da adları gərək ehtiram ilə yad edilsin. Biz ölüpərəst deyilik, lakin xalq yolunda canbazlıq edənləri yaddan çıxardan bir millət canbaz və fədakar oğullar tərbiyət edə bilməz. Keçmiş inqilabçıları böyüdüb, onları milli qəhrəman tanıda bilməmiş bir millətin içərisindən qəhrəmanlar çıxmaz. Tək bu nöqteyi-nəzərdən olsa belə, biz Məşrutə inqilabının başçıları və o inqilabda müəssir bir surətdə fədakarlıq göstərən insanları çox böyük ehtiram ilə xatırlamalıyıq.
    Məxsusən bizim üçün, biz Azərbaycan demokratları üçün qəhrəman mücahidləri xatırlamaq, onların adlarını əbədiləşdirmək, onların mücəssəmələrini vücuda gətirmək, onların fədakarlıqlarını saymaq, onların şəhamətlərini təsvir edən dastanlar vücuda gətirmək ən ciddi, ən mühüm, ən vacib vəzifələrdəidir.
    Biz onların müstəqim varisi hesab olub və onların başladıqları böyük işi kamalə yetirməyə qiyam etmişik. Ona görə işimizin başlanmasını həmişə iftixar ilə yad etməliyik.
    Məşrutə qəhrəmanlarının içərisində çox böyük adamlar vardır ki, mütəəssifanə onların adları unudulub gedir. Şayəd burada hazır olan demokrat yoldaşlarımızdan elələri vardır ki, o gün gördükləri böyük işləri yadlarından çıxarmışlar. Şayəd içərimizdə Təbriz mühasirəsində ac bir halda silah əldə yorulmaq bilmədən mübarizə edən qəhrəman mücahidlərdən az olmasın. Onlardan bu gün ola bilər ki, lazımınca qədirdanlıq etmirik. Bəziləri də artıq qocaldıqlarına görə əllərindən bir iş gələ bilmir. Lakin elələri də var ki, sinnlərinin çoxluğuna baxmayaraq, bizim milli nehzətdə ciddi və əməli surətdə iştirak etmişlər.
    Hər halda qırx il, tarix nöqteyi-nəzərindən böyuk bir müddət deyildir. Ona görə, tarixi hadisələr dildən-dilə danışılıb gedir.
    Bir zaman gələr ki, xalq Məşrutə inqilabında şirkət edən bir mücahid axtarar ki, özünün məhəbbətini ona izah etsin. Bəlkə bir müddətdən sonra o da tapılmayacaqdır. O vaxt xalq fəqət tarixə müraciət edəcək. Oradan böyük hərəkatı öyrənmək istəyəcəkdir. Bu cəhətdəndir ki, tarixə ciddi surətdə təvəccöh etmək, əldə olan əsnad və mədariki toplayıb gələcək nəsil üçün saxlamaq lüzumu meydana çıxır.
    Hələ müstəbid padşahın ixtiyaratının qarşısının alınması, xalqın öz sərneviştini kağız üstündə olsa belə əldə etməsi kiçik iş deyildir.
    Məşrutə imzası ilə biləxərə İranın istiqlal və toəamiyyətinin təmini üçün əmələn mühüm və ciddi bir vasitə vücuda gəlmişdir ki, onu qırx il müddətində məmləkət və millətin keçirdiyi tarixi hadisələr canlı bir surətdə isbat etməkdədir. Məşrutə kiçik bir iş deyil idi və onun yolunda canfəşanlıq edən azadixahlar da indiyədək öz pak vicdan və azadixah ruhlarını saxlamış olsalar onların qədrini bilməli, onlara ehtiram gözü ilə baxmalıyıq. Çünki, onlar bizim bugünkü demokratik nehzətimizin pişahənkləri olub, bizim bu gün tikmək istədiyimiz böyük azadlıq binasının bünövrə daşını qoymuşlar.
    Yeri gəldiyi üçün burada şirkət edən azadlıq və Məşrutə qəhrəmanlarını firqəmiz tərəfindən təbrik edərək deyirəm: İstibdad və zorakılıq rejiminə zərbə vuran Məşrutə mücahidlərinə eşq olsun!
    Hörmətli məsləkdaşlar!
    Tarixi hadisələri xatırlamağın iki böyük faydası vardır. Əvvəla, bu vasitə ilə biz keçmişlərin gördükləri böyük və müfid işləri öyrənib, onları gündəlik mübarizəmizdə sərməşq qərar verib irəli gedirik. Saniyən, o hadisələrdə nəzərə çarpan böyük iştibahların müstəqim və qeyri-müstəqim təsirini hesaba alıb, onların təkrarından özumüzü saxlamaqla, gündəlik xətt-hərəkətimizi düzəltməklə işlərimizdə üz verə bilən iştibahlar təkrarının qabağını alırıq.
    Məşrutə inqilabı, vətənimizin azadixahlarının gördükləri işlər və göstərdikləri rəşadətin qəhrəman fədailərimiz üçün sərməşq olduğu hamıya məlumdur. Bunu biz həmişə iftixar ilə deyib dost və düşmənlərimizə bildirmişik. Ancaq, az deyilib az söylənən, Məşrutə inqilabından xalq düşmənlərinin istifadə etmələrinə yol verilməsi məsələsidir.
    Biz bu mövzuya artıq dərəcədə əhəmiyyət veririk. Hətta deyə bilərəm bu məsələnin bizim bugünkü xətt-hərəkətimizdə geniş dairədə təsiri ola bilər. Məşrutə inqilabı Tehrandan başlayıb, Azərbaycan onu həyata keçirdi və təkmil etdi. Azərbaycan mücahidlərinin qəhrəmanlığı, Səttarxanların möhkəm iradəsi olmasaydı əvvəl Eynüddövlə və sair dərbar müstəbidləri, sonra da Məhəmmədəli Mirzə azadlıq asarını tamamilə ortadan aparıb, azadixah və məşrutətələb adlananların rişəsini kəsib məhv edəcək idi. Lakin Azərbaycan bu irticai hərəkətın qarşısını aldı. Bununla belə, azərbaycanlıların Məşrutədə qazandığı əcəba nə oldu? Zülm, fişar, bədbəxtlik, Müstovfi çörəyi, şəhərlərin bərbad hala düşməsi, kəndlilərin jandarm cəlladlarının çəkməsi altında inləməsi! Azərbaycanın məşrutədən aldığı padaş məgər bunlar olmamışdır? Hələ Azərbaycan qalsın, Məşrutə alındıqdan sonra biçarə İran xalqları ondan nə anladılar? Zənn edirəm, siz Məşrutədən sonra müstəbidlərin Məşrutə namına gördükləri cinayətkaranə işləri məndən daha yaxşı bilirsiz. Məşrutə alındı, lakin azadixahlar onun saxlanması üçün bir tədbir görmədilər. Ona görə ondan gözlənilən ümid əldə edilmədi. Bizim sözümüz də bunun üstündədir.
    Mən bizim milli nehzətimiz ilə Məşrutə nehzətini müqayisə etmək istəmirəm, bu uzun bir məsələdir. Əlbəttə, zaman dəyişdiyinə görə bizim nehzətimizin də şəkli və hədəfi dəyişmişdir. Bununla belə hər iki nehzət arasında böyük bir şəbahət vardır. Firqəmizin homə iclaslarının birində yoldaşlarımızdan birisi öz nigaranlığını bu cümlə ilə izhar etdi: “Biz bir dəfə silah götürüb istibdadı sərnigun etdik. Bir neçə ay xalq azadlıq ilə öz işlərinə məşğul oldu. Sonra müstəbidlər maskalarını dəyişib məşrutəçi olmaqla, bizi əvvəlki hala qaytarıb, azadlığımızı pozub, əmin-amanlığımızı əlimizdən aldılar. Olmasın ki, indi də bu oyun təkrar edilsin”.
    Bu sözdə bir həqiqət vardır. Lakin, əvvəl deməliyəm ki, bizim yoldaşımız bir şeyi unutmuşdur. O da bizim Firqəmizdən ibarətdir. Poladdan möhkəm intizama malik olan Firqəmiz durduqca, müstəbidlər bu çirkin arzuya heç vəchlə müvəffəq ola bilməzlər və bilməyəcəklər. Amma, söz dərin sözdür. Biz onun məna və əhəmiyyətini dərk etməmiş deyilik. İndi iki aya yaxındır ki, biz Tehran ilə müvafiqətnamə imza etmişik. Tehran bizim milli nehzətimizi demokratik bir nehzət tanıdığını rəsmi surətdə elan etmişdir. Firqəmizin nüfuzu isə bütün İranda gündən-günə artmaqdadır. Bütün İran xalqı Azərbaycandan nicat gözlədiyini inkar etmir. Məclisin qərarına görə, gərək müttəfiqlər İranı tərk edən kimi 15-ci devrənin intixabatına şüru olunaydı. Bundan əlava, hənuz bizim qoşun və fədai məsələmiz həll edilməmişdir. Dövlət nümayəndələri işi süründürməyə və bugün-sabaha salmaqdadırlar. Tehrana intixabat komisyonunda şirkət etmək üçün göndərdiyimiz nümayəndə intixabatın başlanmasından məyus olub müraciət etdi. Bunların hamısı göstərir ki, Tehran hənuz bizim milli nehzətimizin həqiqi məna və təbii qüdrətini dərk etməmişdir.
    Biz ağayi Qəvamüssəltənənin hüsn-niyyətinə inandığımızı söyləmişdik... Lakin iş belə gedərsə xalqın nigaranlığı artar, bu nigaranlığın isə iş üçün faydalı ola bilməyəcəyi məlumdur.
    Tehran gərək gözlərini yaxşı açıb, zaman və məkanı yaxşı təşxis versin. Biz İran azadixahlarını səmimiyyətlə sevirik və onların müvəffəqiyyətləri də bizim müvəffəqiyyətimizdir. Lakin bizim özümüzün də bir hesabımız vardır, onu unutmaq olmaz.
    “Azərbaycanlılar rəşiddirlər, azərbaycanlılar qəhrəmandırlar. Azərbaycanlılar öz nehzətləri ilə İrana nicat verdilər və ilaxır”.
    Hənuz Tehran bizə bu sözlərdən başqa bir şey verə bilməmişdir. Sözdən Fatıya tuman çıxmaz - demişlər. Əməl lazımdır. Mütəəssifanə, biz hənuz əməl az görürük. Bu isə, mütəəssifanə bizə Məşrutə nehzətindən alınan acı təcrübələri xatırladır. Biz o təcrübələrdən ibrət alıb, aldığımız azadlığı göz bəbəyi kimi qorumalıyıq. Mütəəssifanə, biz təarüf çox etmişik. İndi iş vaxtıdır.
    Müvafiqətnamədən sonra Azərbaycan məmləkətdə görülən işlərə bitərəflik nəzəri ilə baxa bilməz. Beş milyonluq bir xalqı görülən işlər və aparılan piçdərpiç siyasətlər ilə kölgədə saxlamaq vaxtı keçmişdir. Farslar demişkən (hesab hesab əst, kaka bəradər).
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

  4. The Following 4 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    Bobi (Wednesday 18 January 2012-1), janim_vatanim (Tuesday 24 January 2012-1), oktay (Wednesday 18 January 2012-1), yurd sevan (Wednesday 18 January 2012-1)

  5. #13
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    84

    Level: 22 
    Təcrübə: 38,954
    Next Level: 49,025

    Thanks
    49
    Thanked 367 Times in 84 Posts

    Əsas seçim

    S.C.Pişəvərinin daha bir yazısı


    TEHRANA ÇAĞIRILMIŞ AZƏRBAYCAN XALQ NÜMAYƏNDƏLƏRİNİN MÜŞAYİƏT MƏRASİMİNDƏ QISA BƏYANAT


    Hamımıza məlumdur ki, bu heyət üçüncü heyətdir ki, Azərbaycanın sərnevişti və İran istiqlalının təmini üçün Tehrana göndərilir. Əlbəttə, bu nümayəndələr bizim etimad etdiyimiz adamlardır və bu adamlar bizim demokratik nehzətimizdə şirkət ediblər. Biz bu nümayəndələri göndərməkdə özümüz təşəbbüskar olmamışıq. Bu nümayəndələr cənab ağayi Qavames-səltənənin dəvəti üzrə Tehrana gedəcəklər.
    Bu nümayəndələrə biz etimad edirik. Çünki bunlar bizim milli nehzətimizdə şirkət ediblər və özləri də çox yaxşı bilirlər ki, xalqın zəhməti nəticəsində bu nehzət vücuda gəlmişdir… Bu işdə 5 milyon xalq iştirak etmişdir və bu xalq onu saxlamağa da qadirdir.
    Bu nümayəndələr Azərbaycan xalqının əfkarının nümayəndəsidirlər. Gərək Azərbaycan xalqının istədiklərini mərkəzi hökumətə yetirərlər. Biz Tehran hökumətindən şəhərlərimizin abadlığını istəmirik. Biz Azərbaycan xalqının Tehrana getmiş pullarını istəyirik. Biz 8 ayın içərisində pul olmamağa görə layiq iş görə bilməmişik. Bir tərəfdən də Azərbaycanın əmniyyətini hifz etməkdən ötrü fədai və pasiban saxlamağa məcbur olmuşuq. Bir surətdə ki, bu iş mərkəzi hökumətin vəzifəsidir. Biz indi gərək maarif və behdaşt və şəhərlərimizin abadlığını təmin edək. Nümayəndələrimiz gərək artıq dərəcədə bizim milli nehzətimizin həqiqi mənasını Tehran hökumətinə düşündürsünlər. Tehran düşünsün ki, bizim xalqımız nümayəndələrinin o vaxt sözünə baxar ki, nümayəndələr xalqın mənfəətinə işləyələr. Çünki bizim nehzətimizi xalq yaradıb, firqəmizi xalq qurub və əgər firqə də yaxşı işləməsə xalq onun ətrafına toplanmaz. Tehran hökuməti bilsin ki, Azərbaycan həqiqi surətdə İran azadlığının zaminidir. Əgər Azərbaycan xalqının ciddiyyəti olmasaydı, indi bütün İran şəhərlərində əyaləti-əncümən qurulmazdı. Bunların hamısı Azərbaycan xalqının mübarizəsi sayəsindədir. Xalqımızın mübarizəsi sayəsində indi İranda mərkəziyyət vücuda gəlib. Hərgah Azərbaycanda qan tökülməsəydi, indi Tehranın özündə də azadlıqdan bir əsər yox idi.
    8 ay bundan qabaq İranın başqa şəhərlərində olan azadixah yoldaşlarımız həbslərdə çürüməkdə idilər. İndi isə onlar məmləkətin müqəddəratında şirkət edirlər. Bu xalqımızın ciddiyyəti sayəsində olmuşdur. Əgər Tehran hökuməti bizim nümayəndələrimizin istədiklərini verməyə, onu almaq üçün xalqımız öz nümayəndələrinin arxasında durmuşdur. Əgər Tehran hökuməti aldıqlarımızı qanun şəklinə salmazsa, nehzətimiz davam edəcəkdir.
    Bir də gərək nümayəndələr çalışalar bütün azadixahlar ilə aramızda səmimi rabitə vücuda gəlsin, ta irticai ünsürlər baş qaldıra bilməsinlər. İndi Azərbaycan Demokrat Firqəsi hər bir tərəfə öz qüvvəsini qoysa o tərəf ağırlayacaq. Buna görə lazımdır bu qüvvəni azadixahlar üstünə qoysunlar ta İranda məşrutiyyət əməli olsun (Gurultulu alqışlar). Sonra qabağımızda duran məsələlərdən birisi də intixabat məsələsidir ki, Məclisi-Şurayi-Millinin intixabatı tezliklə başlansın. Ta Azərbaycan xalqının təklifi müəyyən olub məmləkətin qanuni-əsasisi ki, çoxlu nöqsanları vardır, islah edilsin.
    Bu qanuni-əsasi 40 il bundan qabaq təsdiq olunduğuna görə, bugünkü ehticatımıza uyğun gəlmir. Məsələn, bizim milli ixtiyaratımız bu qanun vasitəsi ilə təmin ola bilmir. Gərək o dəyişilsin ta əyaləti-əncümən öz gücü ilə o vilayəti abad etsin. Biz xalq hökumətinin tərəfdarıyıq. Gərək qanuni-əsasi yol versin ta öz idarələrini ələ ala bilsinlər. Əgər bizim Tehran ilə bağladığımız müvafiqətnamə qanun şəklinə salınmazsa, nehzətdən nəticə ələ gəlməz. Bu isə olası işlərdən deyildir. Gərək istədiklərimiz qanun vasitəsi ilə təmin olunsun. Məşrutiyyat bayramı münasibəti ilə dediyim kimi “hesab hesabəst, kaka bəradər”. Bizim qardaşlığımız öz yerində, lakin gərək hesabımız düz olsun. Biz Tehran ilə qardaşıq, lakin bu qardaşlıq qarşılıqlı olmalıdır. Xalqımız İran xalqının üçdə birini təşkil edir. Gərək hökumət işlərində bu hesab üzrə bizim dəxalətimiz olsun. Azərbaycan xalqı gərək bütün İranın siyasi işlərində dəxalət etsin.
    Əziz nümayəndələr! Siz Tehranı başa salın ki, bizim nehzətimiz valini dəyişmək üstə deyildi, bizim nehzətimiz xalqın istədikləri üstə idi.
    İndi biz nümayəndələrimizə deyirik: Bizim sizə imanımız var ki, bizim istədiklərimizi Tehran hökumətindən alasınız və biz də sizin arxanızda durmuşuq.

    Azərbaycan qəzeti № 278,
    28 mordad 1325,
    (27 avqust 1946-cı il).


  6. The Following 2 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    janim_vatanim (Tuesday 24 January 2012-1), yurd sevan (Wednesday 25 January 2012-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

cücəni payızda sayarlar inşa

seyid cəfər pişəvəri

azadlıq qısa sözləri

inşa çörək.müqəddəsdir

Cücəni payızda sayarlar hekayə

İnşa Cücəni payızda sayarlar

cücəni payizda sayarlar -sözün mənası

hekayə cücəni payızda sayarlar

cücəni payızda sayarlar

pişəvəri əsərləri

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts