LAYLALAR
Bizim yerlər qalın meşә,
Taxtında otur һәmişə,
Aranında gül bitsin,
Yaylağında bәnövşə,
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim ucadan,
Ünüm çıxdı bacadan,
Sәni tanrı saxlasın,
Çiçәkdәn, qızılcadan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatınca,
Gözlәrәm ay batınca,
Canım zinһara gәldi,
Sәn һasilә çatınca.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim adına,
Haqq yetişsin dadına.
Hәr layla eşidәndə,
Balam düşәr yadıma.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Dağlara sәrin düşәr,
Kölgəsi sәrin düşәr.
Hər vaxt layla deyәndə
Yadıma Pәrim düşər.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla beşiyim, layla,
Evim-eşiyim, layla.
Sәn yat, yuxun alginən
Çәkim keşiyin layla!
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatasan,
Qızılgülә batasan.
Qızılgül bağın olsun,
Kölgәsindә yatasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatasan,
Qızılgülә batasan.
Qızılgülün içindә
Şirin yuxu tapasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
***
Qızılgül butam, laylay,
Әtrinә batam, laylay,
Balam әrsəyə gәlə,
Toyunu tutam, laylay.
Laylay dedim yatasan.
Qızıl gülә batasan.
Gül yastığın içindә
Şirin yuxu tapasan,
Laylay dedim һәmişə,
Karvan gedәr enişə.
Yastığında gül bitsin,
Döşәyindә bәnövşә.
Laylay dedim gündə mәn,
Kölgәdә sәn, gündә mәn.
İldə bir qurban olar,
Sənә qurban gündә mәn.
Laylay beşiyim, laylay,
Evim-eşiyim, lay-lay.
Sәn get şirin yuxuya,
Çәkim keşiyin, laylay.
Laylay, quzum, ağlama,
Ürәyimi dağlama,
Yat, yuxun şirin olsun,
Yuxuma daş bağlama.
Laylay, a gәlin bala,
Yuxusu dәrin bala.
Tanrıdan əһdim budur,
Toyunu görüm, bala.
Laylay әmәyim bala,
Duzum, çörәyim bala.
Gözlәrәm böyüyəsәn,
Görüm kömәyin bala.


LinkBack URL
About LinkBacks




Reply With Quote