Ey mənim Türkiyə’dəki soydaşım
Ey mənim millətim, qohum, qardaşım
Bu aman dəğildir, bu dad değildir
Bu sözlərim sizə feryad değildir
Vətən üçün bu torpağa girəcək
Milyon dənə oğulum var, qızım var
Azadlığa qovuşacağ, ana yurd
Hər daşımda bu barədə yazım var
Hələ dinlə məni, sənə sözüm var
Atalardan ilham alar qeyrətim
Qanımda dolanır gücüm quvvətim
Kürşad’ın o çoşan qanı məndədir
Babək’in dirçəliş yanı məndədir
Köməh istəmirəm, aciz deyiləm
Bilirsən ölərəm, amma əyilməm
Ara sıra məni, yada sal yetər
Burda soydaşın var, onu bil yetər
Ad qoyupsuyuz mənə, cürbecür ad
Biri Acəm deyir, biriləri Tat
İndi moda olup, ‘Azəri’ demək
Mən Türkəm, qeyri sözə nə gərək
Mən Azərbaycanam, Türkün obası
Mən Oğuz Atamın Haq balasıyam
Tebriz’i, Zəncan’ı Bakı, Qubası
Min ildir Türklüyün, şad qalasıyam
Mən Azərbaycanam, mən Türkəm gardaş
Mənim adım kimin taleyim oddu
Oddan yaranmışam odla yanıram
Düşmənlərim məni sömürdü, uddu
Her gün bir yerimnən vurur, sınıram
Bilirsənmi məni necə böldülər
Dilim dilim incə incə böldülər
Hansını deyim ki hansını indi
İtirmişəm, Kəlbəcər’i Dərbənd’i
Vurulmuşam, qırılmışam, ölmüşəm
Türkəm diyə zulümlərə gəlmişəm
Çobankərə, Göyçalı, Vedibasar
Qan gölü olupdu hər qapı, hasar
Qarabağ’da Xocalı’da, Laçın’da
Qan süzülüp uşağların saçında
Türkəm diye limə limə vuruplar
Hər vuranlar səni məndən soruplar
Qırıplar qolumu, kəsiplər bizi
Ayırıplar, Naxcıvan’ı, Təbriz’i
Borçalı qalıptı uzaqda yetim
İrəvan diyəndə əriyir ətim
Mən ki boğuşuram İtnən, ayıynan
Hamı bir çullanır gəlmir sayıynan
Dimdik ayağdayam Allah’a şükür
Qana bulanacaq o Aras, o Kür
Farsnan, Erməninin döküp qanını
Alacam Türklüğün intiqamını
Azərbaycan bir gün ‘bütöv’ olacaq
Babək Savalanda qılınç çalacaq
Köroğlundan Səttarxandan Cafərdən
İğidlər dönəcək hərgün səfərdən
Turan qapısının açarı mənəm
Üç rəngli bayrağı Təbriz’də Xoy’da
Urmu’da görmədən bil ki ölmərəm
Ey mənim Türkiyədəki soydaşım
Ey mənim millətim, qavmim, qardaşım
Sizdə moda olup, ‘Azəri’ demək
Mən Türkəm, qeyri sözə nə gərək
yurtsever


LinkBack URL
About LinkBacks




Reply With Quote
