Vətən – qorudun, sənindir,
Qorumadın, özgənindir,
Qorumadın, yağınındır,
Qorumadın, axırındır…
Vətən – qorudun, sənindir,
O, bayraq tutan əlindir,
Basılmaz qalan, dağındır,
Qorumadın, göz dağındır…
Vətən – qorudun, sənindir,
Yoxsa gədə-güdənindir,
Yoxsa başsız sürünündür,
Bir ovuc sağ ölünündür…
Vətən – qorudun, sənindir,
Allahın, peyğəmbərindir,
Anan, qardaşın, balandır,
O, indi talan-talandır…
Vətən - qorudun sənindir,
O tay-bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndindir, Təbrizindir…
Vətən – qorudun, sənindir,
Qorumadın kəfənindir,
Qorumadın, qübarındır,
Murdarlanmış məzarındır…
CABİR NOVRUZ


LinkBack URL
About LinkBacks




Reply With Quote